Previous Next
Bağla

Özbəkistanda süni intellektlə bağlı yeni qanun layihəsi təsdiqlənib

03-11-2025 10:00
Özbəkistanda süni intellektlə bağlı yeni qanun layihəsi təsdiqlənib

Özbəkistan süni intellektdən (Sİ) istifadəyə dair yeni hüquqi çərçivə yaradır. Ölkədə Sİ-dən qanunsuz istifadə edənlər üçün inzibati cərimə və həbs cəzası nəzərdə tutulur.

Xeberler.az bildirir ki, bununla bağlı Özbəkistan Ali Məclisinin Senatı süni intellektin tətbiqinə dair yeni qanun layihəsini təsdiqləyib. Sənəd ilk dəfə olaraq süni intellektdən sui-istifadəyə görə məsuliyyəti müəyyənləşdirir.

Qaydalara əsasən, süni intellektin tətbiq qaydalarını pozan vətəndaşlar və şirkətlər 15 sutkayadək inzibati həbs və 50–100 baza hesab vahidi (bir neçə yüz dollar ekvivalentində) məbləğində cərimə ilə üzləşə biləcəklər. Həmçinin pozuntu zamanı istifadə olunan avadanlıq müsadirə ediləcək.

Qanun “İnformasiya texnologiyaları haqqında” sənədə dəyişikliklər şəklində qəbul olunub və ilk dəfə olaraq “süni intellekt” anlayışının rəsmi tərifini, onun tətbiq sahələrini və şəxsi məlumatların qorunması mexanizmlərini müəyyən edir.

Yeni qanuna əsasən, insan hüquqlarına təsir edən qərarlar yalnız süni intellektin deyil, insan iştirakı ilə qəbul edilməlidir. Dövlət qurumları, banklar və şirkətlər qərarların məsuliyyətini süni intellektə yönəldə bilməzlər.

Həmçinin qeyd edilib ki, neyron şəbəkələr vasitəsilə yaradılan bütün şəkillər, videolar, mətnlər və musiqilər “AI ilə yaradılıb” kimi işarələnməlidir. Məqsəd saxta xəbərlər və “deepfake” materialların qarşısını almaqdır.

Qanun layihəsində vurğulanır: “Texnologiyalar insanın hüquqlarını, həyatını, sağlamlığını və ləyaqətini pozmamalıdır.”

Sənəd prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qazaxıstanda “Süni intellekt haqqında” Qanun qəbul edilib

17-11-2025

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023

Azərbaycanda süni intellektlə bağı qanun layihəsi hazırlanır

10-04-2026

Aİ süni intellektin tənzimlənməsi qaydalarını sərtləşdirəcək

15-04-2021

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026

“Aviasiya haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

20-10-2023

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022

Məktəblilərin məlumat təhlükəsizliyinə dair qanun qəbul olunacaq

05-05-2015

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026

Aİ-də süni intellektlə bağlı tələb qüvvəyə minib

02-08-2025

“Dövlət xidmətləri haqqında” qanun layihəsi birinci oxunuşda təsdiqlənib

10-10-2025

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

14-07-2023

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

03-03-2025

Elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanunu qəbul edilib

08-06-2022

Telefon xətlərinə qanunsuz daxil olmağa görə cərimələr artırılır

11-12-2015

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

27-01-2026

Tender komissiyasının üzvləri ayrıca cərimə ediləcək-Yenilik

13-02-2023

Süni intellektə tam etibar etməməyiniz üçün səbəblər

15-05-2023

Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

01-01-2026

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə