Previous Next
Bağla

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

27-01-2026 13:36
Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

Fransa Milli Assambleyası 15 yaşdan kiçiklərin sosial şəbəkələrə çıxışını qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib. Hökumət tərəfindən dəstəklənən təşəbbüs yeniyetmələrin psixi və fiziki sağlamlığının qorunması məqsədi daşıyır. Prezident Emmanuel Makron X platformasında bu qərarı əhəmiyyətli bir mərhələ kimi qiymətləndirib.

Xeberler.az bildirir ki, qəbul edilən təklifə əsasən, onlayn sosial şəbəkə xidmətlərinə giriş 15 yaşdan aşağı uşaqlar üçün qadağan olunur. Təhsil platformaları və WhatsApp kimi şəxsi mesajlaşma tətbiqləri isə istisnadır. Qanun layihəsi 116 səs lehinə, 23 səs əleyhinə olmaqla qəbul edilib.

Qanun layihəsinin ikinci maddəsi əvvəlcə liseylərdə mobil telefonların tam qadağan edilməsini nəzərdə tutsa da, deputatlar tərəfindən yenidən işlənib. Yeni redaksiyaya görə, liseylərin daxili qaydaları telefonlardan istifadənin yerlərini və şərtlərini müəyyən edəcək. Əks halda, telefonlardan dərs zamanı və dəhlizlərdə istifadə qadağan ediləcək, yalnız məktəb həyətində xüsusi ayrılmış zonada icazə veriləcək.

Hökumət sənəd üzrə sürətləndirilmiş prosedur tətbiq edib. Rəqəmsal məsələlər naziri Ann Lö Henanff qanun layihəsinin yaxın həftələrdə Senatın müzakirəsinə çıxarılacağını bildirib. Qanun qəbul edilərsə, Fransa Avstraliyadan sonra azyaşlılar üçün sosial şəbəkələrə sərt məhdudiyyət tətbiq edən ikinci ölkə olacaq.

Layihənin əsas çətinliyi onun Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında qaydalarına (DSA) uyğunlaşdırılmasıdır. Hökumət qanunun praktikada tətbiq oluna bilməsi üçün Avropa hüququ ilə ziddiyyət risklərini minimuma endirməyə çalışır. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fransada yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr qadağan edilə bilər

11-12-2025

Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

01-01-2026

Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

25-01-2026

Fransa Milli Assambleyası vətəndaşların izlənilməsinə dair qanun layihəsini bəyənib

06-05-2015

12 yaşdan aşağı uşaqlar üçün telefon reklamları qadağan olunacaq

13-01-2009

Britaniya uşaqlara sosial mediadan istifadəni qadağan etməyi planlaşdırır

20-01-2026

“Aviasiya haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

20-10-2023

Tacikistanın təhsl müəssisələrində mobil telefondan istifadəyə qadağa qoyulub

10-03-2009

Reklamlarla bağlı yeni qadağalar qəbul edildi

15-05-2015

Yunanıstanda uşaqların sosial şəbəkələrə girişi qadağan edəcək

08-04-2026

Danimarkada azyaşlı uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

08-11-2025

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025

Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək

08-11-2024

Reklamla bağlı qadağalar yenidən müzakirəyə çıxarılır

24-04-2015

Orta məktəblərdə mobil rabitə vasitələrinin qadağan olunması təklif olunur

06-09-2018

Bu ölkə də TikTok-a məhdudiyyət qoyub

23-03-2023

Britaniya məktəblərində mobil telefondan istifadə qadağan edilib

11-04-2025

Azərbaycanda İntellektual mülkiyyət və piratlığa qarşı mübarizə haqqında qanun qəbul olunacaq

08-12-2009

Əlcəzair kriptovalyuta istifadəsini qadağan edib

29-07-2025

Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

23-08-2019

"Reddit" Avstraliya hökumətini məhkəməyə verəcək

12-12-2025

İnternetlə bağlı qanunlara dəyişikliklər 1-ci oxunuşda qəbul edilib

10-03-2017

Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

02-07-2010

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

14-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə