Previous Next
Bağla

Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

26-07-2022 17:01
Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) , Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə ölkədə peşə təhsilində ilk dəfə olaraq “Elektron qiymətləndirmə aləti” yaradılıb. “Elektron qiymətləndirmə aləti” peşə təhsili pilləsi üzrə təhsil alan tələbələrin biliklərinin onlayn qaydada qiymətləndirilməsi prosesini yerinə yetirir.

Xeberler.az bildirir ki, sözügedən alət Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən peşədə inklüziv tədrisə dəstək və peşə təhsilində innovativ yanaşmaların tətbiqi fəaliyyətləri çərçivəsində hazırlanıb. E-qiymətləndirmə platforması ilə internetə çıxışı olan istənilən müvafiq mühitdə imtahanların təşkil edilməsi mümkündür və qiymətləndirməni başa vuran namizəd öz nəticəsini dərhal ekranda görə bilir.

Qiymətləndirmə prosesi ilk dəfə pilot olaraq Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “aşpaz” ixtisası üzrə tədris alan tələbələr üçün təşkil edilib. İmtahanda 8 nəfər sağlamlıq imkanları məhdud şəxslər olmaqla, ümumilikdə 31 nəfər iştirak edib.

Elektron qiymətləndirmə alətində suallar “Tək seçim”, “Çoxlu seçim” və “Doğru/Yanlış” sual növləri üzrə və çətinlik dərəcəsinə görə “1 bal”, “2 bal” və “3 bal” üzrə hazırlana bilər. İmtahanla bağlı bütün məlumatlar (fənnlər, modullar, suallar), o cümlədən iştirakçılar və nəticələrə dair təfərrüatlar sistemdə saxlanılır və sistemə müvafiq keçidi olan şəxslər istənilən vaxt bu məlumatları nəzərdən keçirə bilir.

Bu platforma PTDA-ya tələbələrin iştirakı, tərəqqisi, uğurlu nəticəsi və ya kəsiri, habelə ümumi performans çətinlikləri haqqında məlumatı hesabat formasında əldə etməyə imkan yaradacaq. Toplanmış məlumatlara əsasən, PTDA öyrənmənin qiymətləndirməsi hesabatlarını ümumiləşdirərək bütün prosesi qiymətləndirmək üçün onları təhlil edə biləcək. Qiymətləndirmə alətinin növbəti tətbiqi 4 avqust 2022-ci il tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “dərzi” qrupu üzrə təşkil ediləcək.

Qeyd edilməlidir ki, platformanın istifadə edildiyi bu inklüziv təlimlər ödənişsizdir və hazırda 10-a qədər müxtəlif peşə istiqamətləri üzrə təşkil edilir. Təlim proqramını müvəffəqiyyətlə bitirən şəxslərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət nümunəli sertifikatları təqdim ediləcək. Təlim proqramı Azərbaycanda ömürboyu təhsil yanaşmasına dəstək olacaq və gələcəkdə həmin istiqamət üzrə təlim keçmiş həssas qruplara, gənclərə, qadın və kişilərə yeni məşğulluq imkanları yaradacaq.

Peşə təhsilində müasir inklüziv tədrisə dəstək fəaliyyətləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin modernləşdirilməsinə yardım etməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016
Azercell müəllimlər üçün İKT təlimləri keçirib

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015
Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017
 “ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016
“ASAN peşə” layihəsinə başlanır

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016
“ASAN peşə” ilə ixtisas seçimi başa çatıb

“ASAN peşə” ilə ixtisas seçimi başa çatıb

07-09-2016
Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect"  şirkəti Anlaşma Memorandumu imzalayıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021
Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015
Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013
Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı  artırılıb

Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı artırılıb

15-04-2022
Bakı Kompüter Peşə Liseyi yaradılıb

Bakı Kompüter Peşə Liseyi yaradılıb

05-10-2015
Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib   

Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib  

20-07-2022
AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025
Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür

Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür

20-11-2024
Nazir: Təhsil sahəsinə yatırılan investisiyaların artması tələb olunur

Nazir: Təhsil sahəsinə yatırılan investisiyaların artması tələb olunur

10-02-2025
Startap Günləri başa çatdı

Startap Günləri başa çatdı

30-06-2018
Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

29-01-2018
Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb

Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb

07-03-2013
Şagirdlər Azercell-də təcrübə keçəcək

Şagirdlər Azercell-də təcrübə keçəcək

12-03-2016
Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib   

Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib  

01-08-2022
British Council və Azercell yeni layihəyə başlayır

British Council və Azercell yeni layihəyə başlayır

07-10-2015
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018
 Mühəndis-pedaqoji heyətin nəzərinə

Mühəndis-pedaqoji heyətin nəzərinə

07-10-2017
Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

11-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə