Previous Next
Bağla

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021 11:55
Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect"  şirkəti Anlaşma Memorandumu imzalayıb

Xeberler.az bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi və tədris proqramlarının hazırlanması istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev bildirib ki, “İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası strateji hədəflərdən biridir. Peşə təhsil müəssisələri əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması istiqamətində işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməkdə hər zaman maraqlıdır. Bu istiqamətdə birgə əməkdaşlıq peşə təhsil müəssisələrinin real iş təcrübəsinə əsaslanan kadr hazırlığına dəstək göstərəcək.”

“Azerconnect” şirkətinin Baş direktoru Emil Məsimov qeyd edib ki, “İKT sahəsində çalışan ən böyük işəgötürənlərdən biri olaraq yerli əmək bazarının fərqli imkanlarının öyrənilməsi və şirkətimizə peşəkar işçi qüvvəsinin cəlb edilməsini daim diqqət mərkəzində saxlayırıq. İnanırıq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə dövlət-özəl əməkdaşlığı formatında qurulan münasibətlərimiz peşə təhsilli vətəndaşlarımızın İKT sektorunda əmək fəaliyyətinə cəlb olunmasına, eləcə də yerli əmək bazarının potensialının daha da güclənməsinə öz töhfəsini verəcək”.

Artıq əməkdaşlıq çərçivəsində “Ön ofis/satış təmsilçisi”, “İPTV üzrə quraşdırma mütəxəssisi” və “Əlaqə Mərkəzi Operatoru” istiqamətləri üzrə təlimlərin icrasına başlanılıb. Təlimlər ənənəvi və ya hibrid formatda (həm onlayn, həm də ənənəvi) sahə üzrə çalışan mütəxəssislər tərəfindən tədris edilir. Təlimlərin keçirilməsində nəzəri biliklərlə bərabər, praktiki bacarıqların verilməsinə xüsusi önəm verilir.

İl ərzində əmək bazarının dəyişən ehtiyaclarını nəzərə alaraq, bir sıra yeni təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda uzunmüddətli perspektivdə peşə təhsil müəssisələri tərəfindən bu tipli təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021

Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib  

01-08-2022

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017

Işəgötürənlər üçün e-sorğu davam edir

28-10-2019

Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı artırılıb

15-04-2022

Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

29-01-2018

Misirdə qitələrarası fiber-optik kabel layihəsinin çəkilməsi yekunlaşır

23-10-2025

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025

Işçi qüvvəsinə dair tələbatın öyrənilməsi e-qaydada həyata keçirilir

18-10-2019

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016

İKT üzrə təlimlərin keçirilməsi üzrə memorandum imzalanıb

08-10-2015

Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

26-07-2022

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30-01-2026

Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

11-09-2024

Şagirdlər Azercell-də təcrübə keçəcək

12-03-2016

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016

Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib  

20-07-2022

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01-08-2022

Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb

07-03-2013

Kibertəhlükəsizlik üzrə Milli Yarışın qalibləri mükafatlandırılıb

14-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə