Previous Next
Bağla

Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

29-01-2018 12:25
Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

Azərbaycanda innovasiyalar üzrə təhsildə Koeraya ilə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov  çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Koreya Hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılacaq.

Ceyhun Bayramov həmçinin, Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacağına əmin olduğunu, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Nazirlər Kabinetinin Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev, Koreyanın ölkəmizdəki səfiri Kim Çang-gyu, Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutunun prezidenti (Human Resources Development Service Korea (HRD) Kim Dong Man çıxış edərək iki ölkə arasında əməkdaşlıqdan, təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsindən danışıb, yeni mərkəzin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacağına  inandıqlarını bildiriblər.

Qeyd edək ki, layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin bazasında mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə (ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki baza, Koreyanın tədris planı və bu ölkənin mütəxəssislərinin iştirakı ilə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026

Bakı Kompüter Peşə Liseyi yaradılıb

05-10-2015

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013

Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib

14-01-2014

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

30-04-2012

Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

26-07-2022

Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

11-09-2024

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015

Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat davam edir

07-05-2025

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025

Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib  

01-08-2022

STEAM İnnovasiya Mərkəzində Milli Məclisin deputatları ilə görüş keçirilib

29-12-2023

Startap Günləri başa çatdı

30-06-2018

Misirdə qitələrarası fiber-optik kabel layihəsinin çəkilməsi yekunlaşır

23-10-2025

Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

21-01-2015

Nazir: Təhsil sahəsinə yatırılan investisiyaların artması tələb olunur

10-02-2025

Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı artırılıb

15-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə