Previous Next
Bağla

Şagirdlər Azercell-də təcrübə keçəcək

12-03-2016 11:00
Şagirdlər Azercell-də təcrübə keçəcək

Azercell  və  British Council ilə birgə həyata keçirdikləri peşə təhsili sahəsində “İş Dünyası üçün Bacarıqlar” layihəsi çərçivəsində müəllimlər üçün nəzərdə tutulan təlimlər sona çatıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, ötən ilin dekabrından başlayan layihə çərçivəsində keçirilən təlimlərdə Bakıda yerləşən ilk-peşə ixtisas təhsili müəssisələrində İKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib.

Həmin təlimlərdən seçilən 16 müəllim isə Böyük Britaniyadan dəvət olunan ekspert Kemal Ahson tərəfindən keçirilən təlimlərə qatılıb.

Təlim zamanı müəllimlər peşə təhsili üzrə yeni və effektiv tədris metodları, şagirdlərin məşğulluq qabiliyyətlərinin artırılması üçün düzgün şəkildə yönləndirilməsi, işəgötürənlərin peşə təhsilinin tədrisində rolunun vacibliyi, əldə edilən bilik və bacarıqların mübadiləsinə dair  biliklər əldə ediblər.

Layihə çərçivəsində şagirdlər üçün təlimlər də nəzərdə tutulub. Təlimlərin əsas məqsədi şagirdlərin məşğulluq imkanlarının artırılmasıdır. Təlimlərə Bakıda yerləşən ilk-peşə təhsili müəssisələrində İKT və Telekommunikasiya istiqaməti üzrə təhsil alan 120 şagird cəlb edilib. Təlimlər zamanı şagirdlər iqtisadiyyat və biznes üzrə baza biliklər əldə edərək, karyerada uğur qazanmağın, müvəffəqiyyət əldə etməyin yolları, ünsiyyət, əməkdaşlıq, problemlərin həlli və s. kimi iş həyatında  lazım olan şəxsi və peşəkar bacarıqlara yiyələniblər. Təlimləri uğurla başa vuran şagirdlər Azercell Telekom MMC-nin dəstəyilə istehsalat təcrübəsi keçmək imkanı əldə edəcəklər.

 Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirib. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell şirkətindən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda, Azercell-in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, onların maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahələrindən biri olacaq.

 

Sevinc Əsədova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

British Council və Azercell yeni layihəyə başlayır

07-10-2015

Azercell istedadlı tələbələrə dəstək oldu

21-04-2015

Azercell-in təşəbbüsü ilə tələbələrlə görüş keçirilib

05-03-2015

Azercell növbəti karyera yarmarkasında

04-05-2015

İKT üzrə təlimlərin keçirilməsi üzrə memorandum imzalanıb

08-10-2015

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018

Azercell ilə növbəti karyera imkanları- Foto

30-06-2016

Azercell Karyera Sərgisində iştirak edib-Foto

03-03-2017

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell-in stendi ən çox ziyarət edilib

09-10-2017

Azercell Karyera Sərgisində iştirak edib

01-03-2016

Barama Media Mərkəzi istifadəyə verildi-Foto

28-03-2017

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

“Azercell” ilə - “KARYERADA İLK ADDIM"INI AT

30-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə