Previous Next
Bağla

Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

11-09-2024 12:14
Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

Fransanın Lion şəhərində 47-ci Beynəlxalq “WorldSkills” yarışlarına başlanılıb.

Xeberler.az məlumat verir ki, “WorldSkills” çərçivəsində sentyabrın 15-dək 70 ölkədən 1400 iştirakçı 65 fərqli ixtisas üzrə yarışacaq. Azərbaycan bu yarışlarda 6 bacarıq üzrə (qaynaq, aşpazlıq, veb-texnologiyalar, 3D rəqəmsal oyun, kibertəhlükəsizlik və saç ustası) təmsil olunur. Komandamız 2023-cü ildə keçirilmiş “Skills Azərbaycan 2023” milli yarışlarının qaliblərindən təşkil olunub.

Yarışlar çərçivəsində keçirilən “WorldSkills International” Baş Assambleyasında və “WorldSkills” Beynəlxalq Konfransında ölkəmizi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov təmsil edir. Beynəlxalq “WorldSkills” yarışları hər iki ildən bir təşkil edilməklə peşə təhsili sahəsində dünyanın ən böyük və nüfuzlu tədbiridir.

“WorldSkills International” təşkilatı gənclərin peşə təhsilinə marağının artırılması və maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir. Yarışlarla eyni həftədə keçirilən “WorldSkills” Beynəlxalq Konfransı sənaye, təhsil və hökumət nümayəndələrini bir araya gətirərək peşə və bacarıqların inkişaf etdirilməsi istiqamətində qlobal gündəliyi formalaşdırır. Təşkilat əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək üçün də imkanlar yaradır. Azərbaycan Respublikası “WorldSkills International” təşkilatına 2020-ci ildə 85-ci üzv olaraq qoşulub. 2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi peşələr üzrə texniki bacarıq və səriştələrin inkişafına dəstək, bacarıq olimpiadalarının təşkili, peşə təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, şagirdlərin peşəyönümü üzrə təbliğatının genişləndirilməsi və koordinasiyası üçün milli platforma kimi fəaliyyətə başlayıb.

Yarışlar çərçivəsində dünyada peşə təhsili sahəsinin inkişafı istiqamətində fəaliyyət göstərən beynəlxalq şirkət və tərəfdaşlar da daxil olmaqla bir sıra görüşlərin keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulur.

2026 və 2028-ci illərdə yarışlar müvafiq olaraq Çinin Şanxay və Yaponiyanın Aiçi şəhərlərində təşkil ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat davam edir

07-05-2025

“WorldSkills Azerbaijan” milli komandası Koreya Respublikasında keçirilən təlimləri uğurla bitirib

19-12-2023

Kibertəhlükəsizlik üzrə Milli Yarışın qalibləri mükafatlandırılıb

14-02-2022

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025

"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

22-12-2025

Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib  

20-07-2022

Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu

01-03-2024

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013

Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

29-01-2018

Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib  

01-08-2022

Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür

20-11-2024

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

“ASAN peşə” ilə ixtisas seçimi başa çatıb

07-09-2016

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015

Kibertəhlükəsizlik təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub

02-02-2026

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026

Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

26-07-2022

İKT üzrə təlimlərin keçirilməsi üzrə memorandum imzalanıb

08-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə