Previous Next
Bağla

Pos-terminalla bağlı yenilik

23-05-2022 12:50
Pos-terminalla bağlı yenilik

Azərbaycanda POS-terminalların tətbiqi ilə bağlı mühüm yenilik baş verib. 

Xeberler.az bildirir ki, Nazirlər Kabinetinin 19.05.2022-ci il tarixli qərarı ilə artıq mobil cihazlardan POS-terminal kimi istifadə etmək mümkün olacaq. 

Xatırladaq ki, Nazirlər Kabineti 19 may tarixində qəbul etdiyi qərarla iki qaydaya dəyişiklik edib. Bunlar «Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları»  və «POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları»dır (2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərar).  

Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir ki, yeni qərarla pos-terminal qaydaları sadələşib. «Qərar ilə nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılmış, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilmişdir»-deyə açıqlamada bildirilir.

«Eyni zamanda bu yenilik bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcəkdir»-deyə Nazirlər Kabineti bildirib.  

Sözügedən qərar doğrudan da sahibkarlar və banklar üçün olduqca sərfəli imkanlar yaradıb. Belə ki, kartla olan ödənişlərin qəbulu üçün pos-terminal almaq tələb olunmayacaq.  

Daha sadə desək, artıq smartfonlara əlavə funksionallıq verilməsi və ya tətbiqin yazılması nəticəsində smartfonu posterminal kimi istifadə etmək mümkün olacaq. 

Yeni qərardan sonra terminallarla bağlı hazırda mövcud olan bir sıra problemli məqamlar da aradan qalxa bilər. 

Əvvəla terminalın quraşdırılmasına əlavə vaxt tələb olunurdu. Digər tərəfdən banklar POS-terminal quraşdırılması müqabilində sahibkarlıq subyektlərindən 700-800 manat depozit tələb edirdilər,  amma smartfonlardan istifadə ilə bu hal aradan qalxacaq. Nəhayət, prosesə mobil internet və smartfonların qoşulması banklar arasında rəqabəti də artıracaq və bu da xidmət haqlarının aşağı düşməsi ilə nəticələnəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

21-06-2023

DVX POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq

15-11-2024

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024

Naxçıvanda 1 aya 125 POS-terminal quraşdırılıb

26-10-2014

Azərbaycanda olan POS-terminalların sayı açıqlandı

08-11-2017

Azərbaycanda POS-terminalların 2/3-si paytaxtda cəmləşib

25-06-2015

Azərbaycanda POS-terminalların sayı azalır

11-07-2016

Azərbaycanda bankomatların sayı açıqlandı

08-07-2015

Azərbaycanda POS-terminalların sayı 8 min azalıb

13-06-2016

Oyunlarla əlaqədar quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb

11-06-2015

“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

22-01-2025

I Avropa Oyunları ilə bağlı bankomat və POS-terminallara nəzarət artırıldı

20-05-2015

Yelo Mobil POS ilə Visa kartlarından ödənişlərinizi komissiyasız qəbul edin

06-11-2024

Naxçıvanda 147 POS-terminal quraşdırılıb

23-09-2015

Dünyada səslə işləyən ilk bank kartı-VİDEO

06-02-2023

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017

Bankomatlar və Pos-terminallar artır

16-01-2009

Ölkədə bankomatlar və Pos-terminalların sayı artıb

10-11-2010

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Naxçıvanda quraşdırılan POS-terminalların sayı açıqlanıb

19-11-2015

Bankomatlar və Pos-terminalların sayı artır

14-10-2010

Naxçıvanda POS-terminalların sayı minə çatdırılıb

14-08-2015

Filiala gəlmədən Yelo Mobil POS xidmətinə qoşulun

20-08-2024

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə