Previous Next
Bağla

I Avropa Oyunları ilə bağlı bankomat və POS-terminallara nəzarət artırıldı

20-05-2015 11:10
I Avropa Oyunları ilə bağlı bankomat və POS-terminallara nəzarət artırıldı

Mərkəzi Bank bankomat və POS-terminal şəbəkəsinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı göstərişlər verib.

Xəbərlər-in verdiyi məlumata görə, I Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə cari ilin iyun ayında keçiriləcək ilk Avropa Oyunları zamanı ölkə ərazisində quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankda ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ilk Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;
- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;
- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.

Həmçinin, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb. (trend)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Oyunlarla əlaqədar quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb

11-06-2015

Azərbaycanda bankomatların sayı açıqlandı

08-07-2015

Naxçıvanda 1 aya 125 POS-terminal quraşdırılıb

26-10-2014

Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

21-06-2023

DVX POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq

15-11-2024

Azərbaycanda POS-terminalların 2/3-si paytaxtda cəmləşib

25-06-2015

Naxçıvanda POS-terminalların sayı minə çatdırılıb

14-08-2015

Naxçıvanda 147 POS-terminal quraşdırılıb

23-09-2015

Azərbaycanda POS-terminalların sayı 8 min azalıb

13-06-2016

Azərbaycanda olan POS-terminalların sayı açıqlandı

08-11-2017

Azərbaycanda POS-terminalların sayı azalır

11-07-2016

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Pos-terminalla bağlı yenilik

23-05-2022

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024

AtaBank plastik kartlarla bağlı xəbərdarlıq edir

14-10-2015

Ölkədə bankomatlar və Pos-terminalların sayı artıb

10-11-2010

Bankomatlar və Pos-terminallar artır

16-01-2009

Bankomatlar və Pos-terminalların sayı artır

14-10-2010

MDB vahid ödəniş sistemi yaradır

09-11-2016

Azərbaycan poçtunun ödəniş kartlarının sayı 2,3 dəfə artıb

05-03-2019

Avropa Oyunları keçirilən ərazilərdə Azercell-in 4G şəbəkəsindən effektiv istifadə edilib 

13-07-2015

Saxta POS-terminallar hazırlayan qrup həbs olunub

30-04-2015

Naxçıvanda quraşdırılan POS-terminalların sayı açıqlanıb

19-11-2015

Filiala gəlmədən Yelo Mobil POS xidmətinə qoşulun

20-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə