Previous Next
Bağla

Prezident Administrasiyası rəsmisi blogerləri xuliqan adlandırdı

14-08-2009 19:54
Prezident Administrasiyası rəsmisi blogerləri xuliqan adlandırdı

“Çox təəssüf ki, bu gün Qərb imkanlarından istifadə edərək, kiçik bir milçəyin uçmasını böyük hadisə edərək, dünyaya yaya bilir”, deyə Turana müsahibəsində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq ictimaiyyətin bloggerlər Emin Milli və Adnan Hacızadənin azad edilməsi çağırışı ilə çoxsaylı müraciətlərini şərh edərkən bildirib. “Blogerlərin həbsi sadəcə bir xuliqanlıq hadisəsinə görədir. Bir xuliaqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq onların bir neçəsi kimlərəsə lazım olanda siyasiləşdirilir. Sonra isə kimlərinsə marağına uyğun olaraq, dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər”, deyə Məmmədov bildirib.

“7-8 nəfər bu gənclər bir iki nəfərə qarşı olub. Beynəlxalq mətbuat, Azərbaycanda olan səfirlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, xarici nümayəndələr məsələni şişirdirlər. Amma Azərbaycanın həyati vacib məsələlərindən aylarla danışmırlar”, deyə o qeyd edib.

Azərbaycanın bloggerləri həbsdən azad etmək niyyətində olub-olmaması barədə suala cavabda Novruz Məmmədov bildirib ki, bu məsələ qanunvericilik daxilində həllini tapacaq. “Azərbaycan müstəqil dövlətdir. Biz görəndə ki, kimlərsə Azərbaycana süni təzyiqlər edir, bundan öz məqsədləri üçün istifadə etmək istəyir, biz bunları qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə səmimi əməkdaşlıq edir, dostluğu və tərəfdaşlığı qiymətləndirir. Lakin digər tərəf Azərbaycandan piyada kimi istifadə etməyə çalışırsa, bu qəbul edilməyəcək”.

Azərbaycanın xarici və daxili siyasətinə ədalətsiz kənar təsirlərin qəbul edilmədiyini deyən Məmmədov ölkədəki proseslərin qanunlarla idarə olunduğunu vurğulayıb. “Mən demirəm ki, Azərbaycanda nöqsan yoxdur və hər şey idealdır. Amma Azərbaycan son 17 ildə göstərdi ki, öz seçimində, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunda, bütün çətinliklərə baxmayaraq, irəliləyir. Azərbaycan tezliklə Qərbdə olan dövlətlər kimi sivil vətəndaş cəmiyyəti dövlətinə çevriləcək”, deyə Məmmədov bildirib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Freedom House" təmsilçisi: "Bloggerlər cinayətkar yox, qurbandırlar"

12-11-2010

Blogerlərin həbsinə qarşı etiraz aksiyası keçiriləcək

20-08-2009

Vaşinqton həbsdəki jurnalisti və bloqqerləri azad etməyə çağırır

05-11-2010

Bloqqerlərin məhkəməsi təxirə salındı

13-10-2009

Oqtay Əsədov bloggerlərin həbsinə münasibət bildirdi

20-11-2009

Bloqqerlərin məhkəməsində şahidlər dindirildi

16-09-2009

Həbs olunmuş blogerlərlə bağlı forum bağlanıb

03-08-2009

Blogerlərin iddiası təmin edilmədi!

11-08-2009

PA rəsmisi: Azərbaycanda 20 beyin mərkəzi var

28-09-2022

Tural Məmmədov: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

07-12-2024

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024

Metyu Brayza həbsdə olan blogerlərlə bağlı prezidentə müraciət edib

13-08-2009

İsveç ictimaiyyəti gənc blogçuların azad olunmasını tələb edir

07-09-2009

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024

Blogerlərin işi prokurorluğa göndərildi

25-08-2009

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015

Hafiz Paşayev bloggerlərin baxışlarına görə həbs olunmasına inanmır

20-08-2009

Tural Məmmədov: "Botnet"ə yoluxan "zombi kompüterlər"in sayı yüksəkdir

13-12-2021

Azərbaycanda Söz Azadlığı mövzusunda milli konfrans keçirib.

01-05-2012

Azadlığa çıxan bloqçular nə işlə məşğuldular?

21-12-2010

Donald Tramp süni intellektdən qorxduğunu etiraf edib

26-03-2025

ABŞ Konqresmeni bloggerlərlə bağlı hillari Klintona müraciət etdi

26-08-2009

Tural Məmmədov: Azərbaycana kiberhücumların sayının artması gözləniləndir

24-10-2023

Azərbaycan İnnovasiya Mərkəzi açılıb

02-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə