Previous Next
Bağla

PA rəsmisi: Azərbaycanda 20 beyin mərkəzi var

28-09-2022 13:07
PA rəsmisi: Azərbaycanda 20 beyin mərkəzi var
Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir. Beyin mərkəzləri o qədər güclü inkişaf etməli və mükəmməl olmalıdır ki, sosial media cəmiyyəti çaşdırmasın.
 
Xeberler.az APA-ya istinadən  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
 
Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezidentinin Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib.
 
“Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük. Azərbaycan BMT TŞ-nin qətnamələrini özü yerinə yetirdi ki, bu da BMT-nin yarandığı tarixdən ilk belə hal idi", - o qeyd edib.
 
O bildirib ki, Azərbaycanda beyin mərkəzləri SSRİ dağıldıqdan sonra formalaşmağa başlayıb və ilk illərdə xarici ölkələr əsas donorlar olub, lakin zamanla bu istiqamətdə işlər görülüb.
 
Səadət Yusifova vurğulayıb ki, bu gün həm dövlətə bağlı olan, qismən və ya tamamilə dövlət tərəfindən maliyyələşən və müstəqil beyin mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər daxili və xarici siyasət və ya müəyyən regionlar üzrə ixtisaslaşıb.
 
Səadət Yusifova əlavə edib ki, beynəlxalq statistikaya görə, Azərbaycanda 20 beyin mərkəzi var, ancaq dava əvvəlki hesabatda bu rəqəm 13 idi.
 
"Azərbaycandan keyfiyyətli iş və kəmiyyət baxımından beyin mərkəzləri Qərbdəki beyin mərkəzlərindən geridədir və bunun da müəyyən səbəbləri var. Bunlar mərkəzlərlə bağlı hüququ statusun qeyri müəyyənliyi, sabit maliyyə mənbəyinin olmaması və sairdir. Həmçinin, ekspertlərin dil biliyi ilə bağlı məhdudiyyətlər onların beynəlxalq mətbuata çıxışını mane törədir", - o deyib.
 
Səadət Yusifova əlavə edib ki, bu gün regionda yeni təhlükəsizlik sistemi formalaşır, Azərbaycan geosiyasi və geoiqtisadi mövqeyinə görə cəlbedici ölkəyə çevrilir. O bildirib ki, regionda baş verənlərin təhlili və proqnozlaşdırılması üçün beyin mərkəzlərinin rolu vacibdir.
 
"Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır”, - o vurğulayıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı keçirilir

Azərbaycanda Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı keçirilir

21-10-2024
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

18-11-2025
İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023
Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

22-03-2025
Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq  Nyu-Yorkda müzakirə edilib

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024
İtaliya alimləri süni beyin yaradıb

İtaliya alimləri süni beyin yaradıb

17-11-2015
Düşüncələrinizin musiqisini dinləyə biləcəksiz

Düşüncələrinizin musiqisini dinləyə biləcəksiz

16-07-2009
Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024
“Onlayn beyin axınının qarşısını almaq lazımdır”

“Onlayn beyin axınının qarşısını almaq lazımdır”

11-11-2015
İnternet beynin işini yaxşılaşdırır

İnternet beynin işini yaxşılaşdırır

16-10-2008
Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testləri üçün icazə alıb

Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testləri üçün icazə alıb

27-05-2023
Alimlər süni beyin yaradıb

Alimlər süni beyin yaradıb

17-08-2015
Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

06-09-2025
Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024
“Beyin gücüylə idarə olunan” avtomobil istehsal olundu

“Beyin gücüylə idarə olunan” avtomobil istehsal olundu

09-12-2015
Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir

Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir

09-09-2025
Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

10-04-2023
Beynəlxalq sosial şəbəkələrdə Azərbaycan həqiqətləri yayımlanacaq

Beynəlxalq sosial şəbəkələrdə Azərbaycan həqiqətləri yayımlanacaq

14-01-2011
İnsan beyninin surəti yaradıldı

İnsan beyninin surəti yaradıldı

20-08-2015
İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024
Azərbaycan hökuməti ölkədən “beyin axını”nın qarşısını almaq istəyir

Azərbaycan hökuməti ölkədən “beyin axını”nın qarşısını almaq istəyir

28-08-2023
Neuralink beyin implantlarının kütləvi istehsalına hazırlaşır

Neuralink beyin implantlarının kütləvi istehsalına hazırlaşır

03-01-2026
“Azexport” portalı Asiyada 15 ən yaxşı nümunədən biri seçilib

“Azexport” portalı Asiyada 15 ən yaxşı nümunədən biri seçilib

29-10-2025
Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

24-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə