Previous Next
Bağla

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022 20:11
Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni  Sərəncam imzaladı

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Xeberler.az məlumat verir ki, Sərəncamda məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.

Sənədə əsasən, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər:

- “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməlidirlər;

- Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron formada göndərməlidirlər.

- Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına, İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Mərkəzi Bankına və Hesablama Palatasına, habelə bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.

Nazirlər Kabinetinə tapşırılıb ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırsın.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqlənib

29-04-2016

Dövlət Xidmətində Korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar müşavirə keçirilib

09-04-2024

Dövlət Xidmətində seminar-müşavirə keçirilib

29-12-2025

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində konfrans keçirilib

25-07-2018

Korrupsiyaya qarşı texnologiyalardan istifadə genişləndirilir

20-05-2016

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24-04-2026

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025

İlham Əliyevdən teleradio yayımları ilə bağlı sərəncam imzalayıb

18-04-2019

Agentlik rəsmisi: Vahid çağrı mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb

24-04-2026

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

20-06-2012

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025

RİNN və aidiyyəti qurum əməkdaşları üçün təlim keçirilib

15-08-2025

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

Korrupsiyanı necə cilovlamalı?

06-12-2014

Prezident sərəncam imzaladı

16-11-2018

Nazirlik əməkdaşları üçün təlim keçirilib

26-11-2025

"Rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətimizi gücləndirmişik"

16-03-2023

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası təsdiqlənib

28-08-2023

Qusarda sosial sahə üzrə rəqəmsal savadlılıq təlimi keçirilib

24-07-2025

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi canlı yayımda sualları cavablandıracaq

12-02-2019

RİNN əməkdaşları üçün hesabatlılıq və şəffaflığa dair təlim keçirilib

10-12-2025

Sosial sahə üzrə rəqəmsal savadlılıq kampaniyasına başlanılır

03-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə