Previous Next
Bağla

Korrupsiyanı necə cilovlamalı?

06-12-2014 11:42
Korrupsiyanı necə cilovlamalı?

Beynəlxalq Şəffaflıq Təşkilatı 2014-cü ilə dair korrupsiya indeksini açıqlayıb. Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer alır. 

“Media forum” saytına danışan İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli öncə deyib ki, Dünya Bankının apardığı araşdırmalara görə, dünya üzrə korrupsiyanın illik dövriyyəsi 1 trilyon dollardan artıqdır. Bu vəsait hesabına dünyada gündəlik gəliri 2 dollardan az olan 2,8 milyard yoxsul əhalinin həyat şəraitini yaxşılaşdırmaq olar: “2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından sonra korrupsiyaya qarşı mübarizə məsələsi daha da aktualdır. Azərbaycanda da korrupsiyaya qarşı mübarizə sosial bir tələbdir”.

Əli Məsimli qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bir sıra hüquqi normativ sənədlər qəbul olunub və 2012-ci ildən korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın yeni mərhələsi başlayıb: “Azərbaycanın korrupsiyaya qarşı mübarizədə uğur qazanması üçün illər tələb olunan elektron hökumət proqramı həyata keçirilir. Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində prezident fərmanları imzalanıb, qanunvericilik aktları hazırlanıb”.

Deputat görülən bəzi başqa tədbirlərin də korrupsiyanın aşağı düşməsinə təsir göstərdiyini vurğulayıb: “Korrupsiya Qavrama İndeksində bu il Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer alıb. Nəzərə alsaq ki, ötən il Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada qərarlaşmışdı, bu, irəliyə doğru addımdır. Bununla belə, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin nəticələrini köklü surətdə yaxşılaşdırmaqdan ötrü hələ çox iş görülməlidir. Korrupsiyaya qarşı tədbirlərin dairəsi genişləndirilməli və təsir gücü artırılmalıdır. Həm dövlət idarəetmə sistemində, həm iqtisadiyyatda və həm də vətəndaş cəmiyyətində kompleks işlər görmək vacibdir”.

Əli Məsimli bildirib ki, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun apardığı ekspert qiymətləndirmələrində ekspertlərin 27 faizi korrupsiyanın əsas səbəbini şəxsi marağın güdülməsində görür: “Rəyi soruşulanların 26 faizi maaşların yetərli səviyyədə olmamasını, 18 faizi dövlət tənzimləməsi və nəzarəti mexanizminin lazımı səviyyədə olmamasını və bürokratiyanı, 10 faizi cəmiyyətin mənəvi potensialının azalmasını, 9 faizi hüquqi bazanın natamamlığını, 6 faizi hüquqi nihilizmi əsas səbəb kimi görürlər.

Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri sadalanarkən ekspertlər
dövlət orqanlarının işinin təkmilləşdirilməsi (26 faiz), məhkəmələrin müstəqilliyinin təmin edilməsi (14 faiz), qanunvericiliyin təkmilləşdirilməsi (12 faiz), korrupsiyaya qarşı mübarizə aparan orqanların fəaliyyətinin səmərəliliyinin artırılması (11 faiz), məmurların gəlirləri barədə informasiya verməsi (10 faiz), ədalətli rəqabət mühitinin yaradılması, kölgə iqtisadiyyatının dairəsinin məhdudlaşdırılması (9 faiz) kimi istiqamətləri önə çəkir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətimizi gücləndirmişik"

16-03-2023

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi canlı yayımda sualları cavablandıracaq

12-02-2019

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində konfrans keçirilib

25-07-2018

Dövlət Xidmətində Korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar müşavirə keçirilib

09-04-2024

“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqlənib

29-04-2016

Nazirlik əməkdaşları üçün təlim keçirilib

26-11-2025

Dövlət Xidmətində seminar-müşavirə keçirilib

29-12-2025

RİNN və aidiyyəti qurum əməkdaşları üçün təlim keçirilib

15-08-2025

Korrupsiyaya qarşı texnologiyalardan istifadə genişləndirilir

20-05-2016

Əli Abbasov da korrupsiyadan danışdı

05-02-2011

Baş Prokurorluqdan Əli Abbasova cinayət işi açılması ilə bağlı açıqlama

16-11-2016

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

11-12-2024

Müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır mövzusunda ictimai müzakirələr keçirilib

23-02-2012

XRİTDX-da narkotik vasitələr ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir

23-07-2024

“GlobE Network” çərçivəsində VI plenar iclasın açılış mərasimi keçirilir

20-05-2025

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb  

19-12-2023

Elektron Prokurorluq İnformasiya Sistemi mükafata layiq görülüb

26-11-2025

Korrupsiyaya qarşı mübarizəyə aid yeni sayt istifadəyə verildi

15-02-2011

“Nazirlik korrupsiyaya qarşı mübarizədə elektron sistemlərdən istifadə edir”

13-10-2015

İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

19-11-2015

“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

13-10-2015

İnam Kərimov: ““ASAN qatar” sistemi yaradılacaq”

24-12-2016

Azercell növbəti dəfə “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görülüb

22-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə