Previous Next
Bağla

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022 18:42
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Ölkəmizdə elektron hökumətin inkişafına 15 ildən çoxdur ki başlanıb. Lakin hələ də dövlət xidmətlərinin göstərilməsində kağızdan imtina mümkün olmayıb.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Ekspertin sözlərinə görə, qurumları hansısa xidməti göstərmək üçün mütləq vətəndaşdan hansısa sənədləri, hansısa arayışları və çıxarışları tələb edir.

“Baxmayaraq ki, bu tip məlumatlar digər dövlət qurumlarında elektron formada var, lakin inteqrasiya tam reallaşmadığından dövlət qurumları bunu kağız formada tələb edirlər.

“myGov” və “eGov” Portallarından əldə edilən arayışları isə bir çox dövlət qurumları tanımaqdan imtina edir və möhürlü kağız sənədlər tələb edirlər.”

 

Osman Gündüzün fikrinə görə dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası ilə bağlı Prezidentin müvafiq fərmanı olsa da bir çox dövlət qurumlarında hələlik bunu başa çatdırmaq mümkün olmayıb.

 

“ Kağız formada sənəd tələb edilməsi nə vaxtadək davam edəcək ? Problem nə zaman öz həllini tapacaq ?

 

Bununla bağlı Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında vacib bir tədbir öz əksini tapıb.

 

Yeri gəlmişkən, bu Fəaliyyət Planında dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması ilə bağlı xeyli tədbirlər nəzərdə tutulub.

 

Yuxarıda qeyd olunan problemin, xidmətlərin göstərilməsində kağızdan imtina ilə bağlı işlərin isə 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub.”

 

Ekspert qeyd edir ki, bu müddət ərzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kağız tələb olunan xidmətiləriin “söykəndiyi” informasiya sistemlərini inteqrasiya etməlidir. Vətəndaşdan tələb olunan kağız sənədləri isə dövlət qurumlarının informasiya sistemlərindən alınan datalar əvəz etməlidir.

Yəni, Dövlət Agentliyi kağız əsaslı xidmətdən data əsaslı xdimətlərə keçidi qeyd olunan tarixədək başa çatdırmalıdır.

 

“Düşünürəm ki, adı çəkilən Fəaliyyət Proqramı nəinki birbaşa qarşıya qoyulan vəzifələrin icrasına yönəlib. Deyərdim ki , burada həm də rəqəmsallaşma, rəqəmsal transformasiyanı da sürətləndirəcək məqamlar var.

Fəaliyyət Planında nəzərdə tutulan 60-dək tədbirin təxminən üçdən biri dövlət sektorunda rəqəmsallaşma ilə bağlıdır.

Ümid edirəm aidiyyatı qurumlar Fəaliyyət Planında nəzərdə tutulanların vaxtında icrası üçün ciddi səy göstərəcəklər.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

04-09-2015

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022

"kağızsız hökumət"ə keçid 2028-ci ilədək başa çatacaq

27-02-2026

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

28-08-2025

Dövlət qurumları adında "elektron" sözü olan sənədlərin kağız fromasını da tələb edirlər

29-12-2023

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021

“ASAN arayış” sistemi yaradıla bilər

01-05-2018

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

31-10-2019

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026

Agentlik rəsmisi: Vahid çağrı mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb

24-04-2026

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb

11-07-2023

Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

24-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə