Previous Next
Bağla

Prezidentə elektron formada necə müraciət etmək olar?

14-07-2015 11:25
Prezidentə elektron formada necə müraciət etmək olar?

Prezident İlham Əliyev ötən  gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sahibkarlara müraciət edib. Prezident İlham Əliyev neqativ hallarla bağlı birbaşa ona müraciət edilməsini istəyib.

Xeberler.az-ın verdiyi məlumata görə, Prezident vurğulayıb ki, xoşagəlməz hallar baş verən zaman sahibkarlar birbaşa ona e-mail vasitəsilə, məktub yazmaqla müraciət edə bilərlər: “Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyətı qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

Xatırladaq ki, elektron formada Prezidentə aşağıdakı üsullarla müraciət etmək olar:

İlk öncə Prezidentin rəsmi İnternet saytına (president.az) daxil olmaqla elektron formada məktub göndərmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı var.  Bunun üçün http://az.president.az/letters/new_form linkinə daxil olmaqla müvafiq formada 1500 işarə həcmində mətn yerləşdirmək olar.  Prezidentin rəsmi İnternet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur.

Ölkə başçısına müraciət üçün digər imkanları da diqqətinzə çatdırırıq : 

Prezident Administrasiyasının elektron ünvanı - [email protected] 

Prezident Administrasiyasının rəsmi twitter hesabı - @AzerbaijanPA

Prezident İlham Əliyevin rəsmi twitter hesabı - @azpresident

 

 

Mirvari Nəcəf

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Twitter”də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb

“Twitter”də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb

12-04-2011
Elektron viza məsələsində problemlər var

Elektron viza məsələsində problemlər var

14-07-2015
Prezidentin saytı yeniləndi

Prezidentin saytı yeniləndi

06-07-2010
"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib

"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib

10-06-2026
Prezident Administrasiyasının şöbə müdiri işdən çıxarılıb

Prezident Administrasiyasının şöbə müdiri işdən çıxarılıb

00-00-0000
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı olub

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı olub

28-03-2022
Görən kimi haradasa iş başlayır, dərhal cumurlar ora, nəsə qopartmaq istəyirlər

Görən kimi haradasa iş başlayır, dərhal cumurlar ora, nəsə qopartmaq istəyirlər

04-02-2020
“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

13-10-2015
BNA Prezidentin fərmanını niyə icra etmir?

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019
 “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016
“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017
Ötən həftə İKT sahəsində diqqət cəlb edən hadisələr

Ötən həftə İKT sahəsində diqqət cəlb edən hadisələr

21-07-2015
Prezidentdən Diqlas-dakı yanğınla bağlı - Tapşırıq

Prezidentdən Diqlas-dakı yanğınla bağlı - Tapşırıq

28-03-2019
Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013
“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

03-12-2025
Prezident Administrasiyasının yeni strukturu məlum oldu

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

15-06-2025
Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

10-07-2018
Prezident:  “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq”

Prezident: “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq”

12-01-2015
İham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

İham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10-01-2017
“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

26-09-2016
Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020
Azərbaycanda 2013-cü il “İnformasiya və kommunukasiya ili” elan olunub.

Azərbaycanda 2013-cü il “İnformasiya və kommunukasiya ili” elan olunub.

15-01-2013
RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub

RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub

20-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə