Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 13-də təqdim etmişdi.
Ötən həftə KİV-in diqqət mərkəzində olan hadisə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər olub.
Prezident İlham Əliyev çıxışında İKT sahəsi ilə əlaqəli bir sıra vacib məqamlara toxunub. Elektron viza məsələsində problemlərin olduğunu aidiyyatı qurumlara bildirib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Prezident həmçinin, sahibkarlıq sahəsində neqativ hallarla bağlı birbaşa ona müraciət edilməsini də istəyib. Prezidentə elektron formada necə müraciət etmək olar?
Prezident çıxışında həmçinin, ölkəmizə qarşı aparılan infromasiya müharibəsindən də danışıb.
Bununla bağlı geniş məlumatı bu keçiddən əldə edə bilərsiniz.
Nazirlər Kabinetinin yuxarıda adı çəkilən toplantısında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edib. Nazir son 6 ayın yekunları ilə bağlı məlumat verib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin diqqət çəkən hadisələrindən biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclasının keçirilməsidir.
İclasda 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzələr dinlənilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin önəmli hadisələrindən biri Bakıda daha bir ASAN xidmət mərkəzinin açılmasıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Elektron Hökumət quruculuğu sahəsində atılan ciddi addımlardan biri də I sinfə qəbulun elektron formada həyata keçirilməsidir.
Xəbər verdiyimiz kimi, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatı davam edir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bəs 1-ci sinfə elektron qəbul sistemi necə işləyir ? Bu barədə Xeberler.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdirindən müsahibə götürüb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Elektron hökumət quruculuğu sahəsində atılan önəmli addımlardan biri kargüzarlığın aparılmasına dair fərmana dəyişikliyin edilməsidir.
Əvvəllər mövcud olan kargüzarlıqla bağlı Təlimata tamamilə yeni bir “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri” bölməsi əlavə olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Daha bir sevindirici xəbər itirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsinin elektron formada həyata keçiriləcəyi oldu.
Ödənişsiz göstərilən bu elektron xidmət itirilmiş hərbi biletlərin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Keçən həftə KİV-in maraqla qarşıladığı daha bir xəbər AMEA-nın veb-saytlarının monitorinqinin keçiriləcəyi oldu.
İclasda AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev bu haqda məlumat verib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə təhsil məqsədləri üçün sosial şəbəkənin sentyabrda istifadəyə veriləcəyi xəbəri də maraqla qarşılanan məlumatlardan oldu.
Xeberler.az portaldakı yeniliklərlə bağlı Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin baş məsləhətçisi Tofiq Sadıxov ilə söhbətləşib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin bu ilin oktyabr ayında tam istifadəyə verilməsi də KİV-in diqqətini çəkən xəbər olub.
Mərkəzin laboratoriyalarında yeni cihazların alınması üçün Türkiyənin Tetra Texnoloji Sistemlər LTD şirkəti ilə müqavilə bağlanılıb və avadanlığın gətirilməsi üzrə iş aparılır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri