Previous Next
Bağla

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı olub

28-03-2022 19:28
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib.

Xeberler.az bildirir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb.

Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır.

Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.

Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.

Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır.

Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud “president.az” rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər.

Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin yumşaldılması barədə qəbul etdiyi qərara əsasən dövlət orqanlarında vətəndaşların qrup halında və fərdi qaydada qəbul edilməsinə artıq icazə verilib. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbulları həyata keçirilməkdədir. Eyni zamanda, Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri tərəfindən də vətəndaşlar qəbul ediləcəklər.

Qeyd edək ki, ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və təkliflərdən ibarət olub. Müraciətlər əsasən sosial müdafiə, İkinci Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. Bu müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə dövlətimizin başçısı İlham Əliyevin ünvanına həmin dövrdə 30 minə yaxın minnətdarlıq məktubu daxil olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BŞTİ-yə daxil olan e-müraciətlərin sayı açıqlandı

BŞTİ-yə daxil olan e-müraciətlərin sayı açıqlandı

03-04-2018
Bu Telefon Məlumat Mərkəzi 1000-dən zəng qəbul edib

Bu Telefon Məlumat Mərkəzi 1000-dən zəng qəbul edib

01-02-2018
Telefon Məlumat Mərkəzinə 2 mindən çox zəng olub

Telefon Məlumat Mərkəzinə 2 mindən çox zəng olub

01-05-2018
Təhsil ilə bağlı e-müraciət sayı açıqlandı

Təhsil ilə bağlı e-müraciət sayı açıqlandı

02-03-2018
Naxçıvan “ASAN xidmət”də təhsil xidmətlərinin göstərilməsinə başlanılıb

Naxçıvan “ASAN xidmət”də təhsil xidmətlərinin göstərilməsinə başlanılıb

21-01-2025
"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib

"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib

10-06-2026
Nazirə İnternetlə bağlı müraciətlər edilib

Nazirə İnternetlə bağlı müraciətlər edilib

20-02-2015
Oğuzda Vətəndaş Qəbulu və Elektron Xidmətlər Üzrə Dəstək Mərkəzi açılıb

Oğuzda Vətəndaş Qəbulu və Elektron Xidmətlər Üzrə Dəstək Mərkəzi açılıb

24-07-2025
Ramin Quluzadə və müavininin növbəti vətəndaş qəbulları baş tutub

Ramin Quluzadə və müavininin növbəti vətəndaş qəbulları baş tutub

11-10-2019
6819 vətəndaş vəzifəli şəxslərin qəbuluna onlayn  yazılıb

6819 vətəndaş vəzifəli şəxslərin qəbuluna onlayn yazılıb

28-12-2015
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib

12-07-2019
Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzi açılıb

Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzi açılıb

05-03-2019
Nazirlərin və icra başçılarının qəbulları ləğv edilib

Nazirlərin və icra başçılarının qəbulları ləğv edilib

17-03-2020
Mərkəzi Bankın onlayn növbə sistemi yaradılaraq istifadəyə verilib

Mərkəzi Bankın onlayn növbə sistemi yaradılaraq istifadəyə verilib

26-08-2022
568 nəfər elektron qaydada qəbula yazılıb

568 nəfər elektron qaydada qəbula yazılıb

02-03-2015
ƏMDK-in sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək

ƏMDK-in sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək

11-09-2019
İlham Əliyev səyyar “ASAN qatar”la tanış olub-Foto

İlham Əliyev səyyar “ASAN qatar”la tanış olub-Foto

28-12-2016
Nazirliyə 14 mindən çox e-müraciət olub

Nazirliyə 14 mindən çox e-müraciət olub

10-01-2018
Regionlarda elektron şikayət qəbulu ilə bağlı vətəndaşlara məlumat verilir

Regionlarda elektron şikayət qəbulu ilə bağlı vətəndaşlara məlumat verilir

19-08-2016
Prezident Administrasiyasının yeni strukturu məlum oldu

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019
Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-11-2015
Prezident 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib

Prezident 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib

28-12-2016
Vətəndaş müraciətlərinə EHİS üzərindən də baxılması ilk oxunuşda qəbul edilib

Vətəndaş müraciətlərinə EHİS üzərindən də baxılması ilk oxunuşda qəbul edilib

01-05-2026
Əmlak Məsələləri Dövlət Komitəsində virtual qəbul təşkil olunub

Əmlak Məsələləri Dövlət Komitəsində virtual qəbul təşkil olunub

09-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə