Previous Next
Bağla

Görən kimi haradasa iş başlayır, dərhal cumurlar ora, nəsə qopartmaq istəyirlər

04-02-2020 10:08
Görən kimi haradasa iş başlayır, dərhal cumurlar ora, nəsə qopartmaq istəyirlər

“Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər”

Xeberler.az bildirir ki, bunu fevralın 3-də regionların inkişafına həsr olunan konfransda prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib: 

"Dövlət tərəfindən sənaye zonaları, sənaye parkları, infrastruktur yaradılıb. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır.

Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

04-02-2020

Prezident RYTN-də baş verənlərdən danışdı: “Bu, bütün qurumlara dərs olmalıdır”

12-01-2016

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün 17 milyard manat vəsait qoyulacaq

30-01-2019

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015

Prezidentə elektron formada necə müraciət etmək olar?

14-07-2015

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021

"Çalışmalıyıq ki, hər bir istedadlı biznesə həvəsi olan insan bizneslə məşğul ola bilsin"

23-10-2019

"Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 faizə çatdırılacaq"

28-12-2022

Azərbaycanda ciddi struktur islahatları gözlənilir

12-01-2019

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019

"Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir"

21-07-2023

“Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur ”

26-01-2016

“Vizalarla bağlı pozuntular imicimizə zərbə vururdu”

11-04-2017

Azərbaycanda internetə yeni məhdudiyyətlər qoyula bilər

30-01-2016

İlham Əliyev: Mən süni intellektdən istifadə etmirəm

19-07-2025

Tenderlərin 90 faizində qaliblər əvvəlcədən məlum olur

13-02-2019

Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

23-12-2022

Bölgələrdə internet niyə yaxşı deyil? – Açıqlama

11-10-2017

Prezident növbəti dəfə məmurlara xəbərdarlıq edib

30-01-2017

Elektron viza məsələsində problemlər var

14-07-2015

Osman Gündüz: "Elektron imza populyarlaşacaqmı?"

02-05-2014

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012

Korrupsiyanı ört-basdır etməyin yeni qaydası

02-08-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə