Azərbaycan Prezidentinin mətbuat xidməti “Wikileaks” internet saytında yazılanlarla bağlı açıqlama ilə çıxış edib.
Mətbuat xidmətindən bildirilib ki, bu günlərdə “Wikileaks” internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya “bəzi gizli məqamlarını” əks etdirən materiallar yayılıb: “Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub. Bununla əlaqədar bildiririk ki, saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyil.
Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri