Previous Next
Bağla

Apple gələcək 20 ilin proqramlaşdırma dilini inkişaf etdirir

04-12-2015 16:48
Apple gələcək 20 ilin proqramlaşdırma dilini inkişaf etdirir

“Önümüzdəki 20 ilin əsas proqramlaşdırma dili”

Apple Swift-i açıq qaynar kod vəziyyətinə gətirəcəyini söyləmişdi və bunu edib.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, proqramlaşdırma dilini hər kəs üçün əlçatan hala gəlməsiylə Apple şagirdlərdən universitetlərə və bütün peşəkarlara qədər geniş bir kütlənin Swift-in inkişafına təkan (ya da investisiya) verməsini sürətləndirmək istəyir.

Apple-ın proqramdan məsul sədr müavini Craig Federighi Swift-in önümüzdəki 20 ilin proqramlaşdırma dili olduğunu bildirib:

“Bizcə, Swift gələcəyin əsas proqramlaşdırma dilidir”.

Federighi-nin açıqlamalarına görə, Apple Swift-i başlanğıc səviyyəsindən təşkilati tətbiqlərə qədər bütün dünyanın ən məşhur proqramlaşdırma dili halına gətirmək istəyir.

Craig Federighi onu da qeyd edib ki, Apple bir müddət Objective C versiyasını dəstəkləməyə və genişləndirməyə davam edəcək.

Apple Swift 2.2 versiyasını 2016-cı ildə bazara çıxarmağı düşünür.

 

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə