Previous Next
Bağla

Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

29-07-2022 14:58
Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

2022-ci ilin 1-ci yarımilliyi ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə internet xidmətlərinin keyfiyyəti ilə bağlı 44 müraciət daxil olub.

Xeberler.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, internetin keyfiyyətinə nəzarət etmək səlahiyyəti onlarda deyil, başqa qurumdadır:

“İnternet xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətində deyil. Bununla əlaqədar olaraq, internet xidmətlərinin keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər aidiyyəti üzrə müvafiq dövlət qurumuna göndərilir”.

Qeyd edək ki, son zamanlar Azərbaycanda internet provayderlərinin sayı artır. Həmin provayderlərin bəziləri yalnız bir ərazidə fəaliyyət göstərir. Öz fəaliyyətini genişləndirmək istəyən bəzi şirkətlər isə bazarda inhisarçılığın olmasından narahatdır. Belə ki, yeni tikilən yaşayış kompleksləri yaxud biznes mərkəzlərin sahiblərini özləri yeni provayder qeydiyyatdan keçirərək həmin binada yalnız onun internet xidmətlərindən istifadə edilməsinin mümkün ola biləcəyini şərtini qoyurlar.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) də "Report"un sorğusunu cavablandırıb. Nazirlikdən bildirilib ki, qanunvericilikdə internet provayderlərinin fəaliyyətini tənzimləyən müddəa yoxdur:

"Hazırda milli qanunvericilikdə birbaşa internet provayderlər/operatorların fəaliyyətini tənzimləyən qaydalar mövcud deyil. Lakin nazirlik tərəfindən sahənin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Hazırlanması nəzərdə tutulan layihələr internet idarəçiliyi, xüsusilə də internet provayderlər/operatorların fəaliyyətinin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, mövcud problemlərin böyük əksəriyyətinin həll edilməsini təmin edəcək".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Report"a açıqlamasında bildirmişdi ki, yeni yaşayış binalarının, yaxud biznes mərkəzlərinin istismara təhvil verilməsi zamanı minimum 3 internet təchizatçısı tələbi qoyulmalıdır: "Bu tələbə əməl etməyən tikinti şirkətlərinin əmlakları istismara verilməməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023
Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

07-10-2022
Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024
"İnternet provayderlərinin şikayətləri əsassızdır"

"İnternet provayderlərinin şikayətləri əsassızdır"

15-12-2022
Eyni əraziyə internet çəkən provayderlər ortaq avadanlıqdan istifadə edə bilərmi?

Eyni əraziyə internet çəkən provayderlər ortaq avadanlıqdan istifadə edə bilərmi?

31-08-2023
Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018
Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024
Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023
"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024
Ekspert: Bir bina bir provayderindir

Ekspert: Bir bina bir provayderindir

22-09-2022
Dövlət Xidməti "Aztelekom"un üzərinə öhdəliklər qoyub

Dövlət Xidməti "Aztelekom"un üzərinə öhdəliklər qoyub

22-02-2022
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Dövlət Xidməti 7 ayda 6 mindən çox müraciəti cavablandırıb

Dövlət Xidməti 7 ayda 6 mindən çox müraciəti cavablandırıb

21-08-2023
İnternet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

İnternet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

07-04-2023
"Facebook", "Google" və rəqəmsal platformalar Azərbaycanda rəqabət predmeti hesab oluna bilər?

"Facebook", "Google" və rəqəmsal platformalar Azərbaycanda rəqabət predmeti hesab oluna bilər?

23-02-2023
Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023
Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025
"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022
“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024
Mobil telefon bazarında fəaliyyətdə olan bir neçə təsərrüfat subyekti barəsində qərarlar qəbul edilib

Mobil telefon bazarında fəaliyyətdə olan bir neçə təsərrüfat subyekti barəsində qərarlar qəbul edilib

08-04-2022
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Agentliyə çevrilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Agentliyə çevrilib

12-02-2025
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

12-02-2025
İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə