Previous Next
Bağla

Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib

22-02-2024 20:18
Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib

Fevralın 21-də STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib.

 Xeberler.az  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.  

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları, xaricdə yaşayan azərbaycanlı alimlər və digər qonaqlar iştirak ediblər.

 Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar barədə təqdimat nümayiş etdirilib, həmçinin universitetdə görülən işlər, hədəflər və gələcək planlar barədə məlumat verilib. 

Görüş çərçivəsində universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib. Qeyd olunub ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi dövlət başçısı tərəfindən qarşıya məqsəd kimi qoyulub.

 Görüş iştirakçıları universitetin fəaliyyətinə dair tövsiyələrini bölüşüb, Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıblar. 

Görüşdə universitetin təhsilalanları və akedemik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb. 

Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Qarabağ Universitetində təhsil alacaq tələbələrin startapları bizim üçün maraqlıdır"

27-06-2024

2025-2026-cı il üzrə elm və ali təhsildə yeniliklər və hədəflər müzakirə olunub

22-09-2025

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

06-10-2025

"Qarabağ Universiteti" yaradılır

28-11-2023

Emin Əmrullayev: "Hazırda Qarabağ Universitetinin böyük konsepti hazırlanır"

09-10-2023

İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

30-04-2026

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində olub

25-10-2024

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

03-06-2025

Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

16-11-2024

Qarabağ Universitetində İT ixtisaslar da tədris olunacaq

30-11-2023

STEAM İnnovasiya Mərkəzində Milli Məclisin deputatları ilə görüş keçirilib

29-12-2023

Nazir: Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq

17-11-2025

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzMİU Beynəlxalq Təhsil Sərgisində təmsil olunur

11-10-2019

Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib

10-07-2025

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

30-06-2025

Nazir “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub

07-04-2026

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

04-12-2023

Qafqaz Universiteti tələbələri hansı ali məktəbə yerləşdirilir?

31-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə