“Qars müqaviləsi – 100 il” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb

22-09-2021 / 16:53

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən “Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb.
 
Xeberler.az bildirir ki, buraxılış 8 markadan ibarət vərəq şəklində hazırlanıb. Poçt markası 103 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.
 
Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.
 
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Qeyd edək ki, oktyabr ayının 13-də “Qars müqaviləsi”nin bağlanmasının 100 ili tamam olur. “Qars müqaviləsi” mühüm tarixi əhəmiyyətə malikdir. Müqavilə ilə Naxçıvanın statusu təsbit olunub və tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlib.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.