Qazaxıstan paytaxtında 14-16 oktyabr tarixlərində media transformasiyasına, süni intellektin tətbiqinə və informasiyaya etibarın gücləndirilməsinə həsr olunmuş onuncu “Astana Media Week” həftəsi keçirilir.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, tədbir Astananın Sülh və Barışıq Sarayında keçirilir. O, dövlət qurumlarının, Qazaxıstanın və xarici medianın, texnologiya şirkətlərinin və peşəkar ictimaiyyətin nümayəndələrini bir araya gətirir. Media həftəsində Azərbaycan media qurumları da təmsil olunur.
Proqramın mərkəzi tədbiri "Media. Human. AI: Onillik transformasiya. Etibarın yeni arxitekturası” adlı plenar iclas olacaq. Elan olunmuş iştirakçılar arasında Qazaxıstanın mədəniyyət və informasiya naziri Arman Kırıkbayev, “Network School”un təsisçisi Balaji Srinivasan və beynəlxalq media sənayesinin nümayəndələri var.
Plenar iclasa “Euronews”un Azərbaycandakı bürosunun və regional kommunikasiya üzrə rəhbəri Nadira Tudor moderatorluq edəcək.
İştirakçılar qlobal media əməkdaşlığının inkişafı, beynəlxalq auditoriya üçün kontent yaradılması, jurnalistikada süni intellektin istifadəsi və informasiyaya etibarın qorunması məsələlərini müzakirə edəcəklər. Proqrama, həmçinin məlumatların yoxlanılması, süni intellektdən istifadə edərək çoxdilli yayım və rəqəmsal media platformalarının inkişafı üzrə ustad dərsləri daxildir.
“Astana Media Week” oktyabrın 16-da “QAZAQSTAN MEDIA AWARDS” peşəkar mükafatların təqdimatı mərasimi ilə başa çatacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları