Previous Next
Bağla

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

25-09-2019 16:34
Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyi öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.

Xeberler.az-ın məlumatına görə, sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib. Saytın yenilənməsində məqsəd, ilk öncə, istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.

Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni iniformasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.

Yenilənmiş saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması xətti öz əksini tapıb. Bu məqsədlə interfeysdə fiziki və hüquqi şəxslər üçün lazımlı məlumatlar toplanan iki əsas yeni bölmə yaradılıb. Həmçinin istifadəçilərin daha çox müraciət etdikləri “Axtarış bazası”, “Vergi təqvimi” və “Elektron xidmətlər” yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.

Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Vergi ödəyiciləri üçün bütün zəruri məlumatları özündə cəmləşdirən yeni “Vergi ödəyicilərinə” bölməsi yaradılıb. Bu bölmədə vergi ödəyicilərini maraqlandıran “Vergi bələdçisi”, “Vergiləri necə ödəyək”, “Biznesə necə başlamalı”, “Mühasibat uçotu”, “ASAN imza”, “Əmək müqaviləsi”, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında məlumatın öyrənilməsi kimi alt bölmələr yer alıb. Vergi Məcəlləsini əhatə edən testlər toplusu da təkmilləşdirilərək “Vergi testi” bölməsinə əlavə edilib.

Qeyd edək ki, Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsi 2001-ci ildən fəaliyyət göstərir. Ötən dövrlər əzrində sayt bir neçə dəfə təkmilləşdirilib. Bugünədək Vergilər Nazirliyinin rəsmi internet səhifəsi Humay (İlin ən uğurlu internet layihəsi nominasiyası), iki dəfə Netty (İlin ən yaxşı dövlət saytı nominasiyası), Milli NET (Ən yaxşı dövlət və bələdiyyə saytları nominasiyası), İntellekt ilin layihəsi Mükafatına (Maliyyə nominasiyası üzrə), Media İnstitutunun Mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasının Fəxri Diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq World Summit Award (E-Hökumət nominasiyası) mükafatlarına layiq görülüb.

Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 8 dəfə 1-ci yerə layiq görülüb.

2018-ci il ərzində səhifəyə daxilolmaların sayı 4.389.867 olub.

Nəzərinizə çatdıraq ki, hazırda saytın rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır. İstifadəçilər üçün saytın əvvəlki versiyasına giriş məhdudlaşdırılmayıb və bunun üçün saytın aşağı sol hissəsində keçid yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vergilər Nazirliyinin rəsmi internet saytı yenilənib

01-05-2009

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015

Vergi ödəyiciləri üçün mobil imkanlar genişləndirilir

31-03-2016

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Nazirliyin Çağrı Mərkəzi 25 mindən çox zəngi cavablandırıb

08-11-2017

Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

21-12-2016

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

Vergilər qəzetinin yenilənmiş saytı fəaliyyətə başladı

10-01-2019

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib

26-09-2019

Nazirliyin rəsmi internet səhifələrinə daxil olanların sayı artıb

21-10-2015

Nazirlik ötən il 2 milyondan çox SMS göndərib

06-02-2018

Vergilər Nazirliyi 59 növ elekton xidmət göstərir

09-02-2015

Naxçıvanda may-sentyabr aylarında 4 minə yaxın "ASAN İmza" sertifikatı verilib

09-10-2023

Naxçıvanda "ASAN İmza" sertifikatlarının verilməsi 3 dəfə artıb

18-09-2023

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə