Previous Next
Bağla

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023 09:25
Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

Müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin (REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır.

Xeberler.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin subyektləri istisna olmaqla, Komissiya tərəfindən radiotezlik ayrılmadan radioelektron vasitələrinin (REV) istehsalı, xaricdən alınması və respublikanın ərazisində istismarı yolverilməz olub.

Dəyişikliyə görə, araşdırma prosesində müraciət etmiş şəxs haqqında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) planlaşdırılan radiotezliklər və həmin radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə rəyi də toplanmalıdır.

İndiyə qədər istifadəçilər tərəfindən radiorabitə vasitələrinin istismarı şərtlərinin pozulması faktları (bu faktlar avadanlığın texniki kənaraçıxmaları ilə əlaqədar baş verdiyi halda da) aşkar edildikdə, həmin avadanlıqların istismarına DRİ tərəfindən verilən "icazə"lərə məhdudiyyət qoyulub və ya onlar ləğv edilib. Dəyişikliyə əsasən, radiotezliklərin ayrılması haqqında qərar “Lisenziyalar və icazələr haqqında” qanun ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv ediləcək:

- telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

- radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 (bir) ay müddətində radiotezlik istifadəçisi tərəfindən DRİ ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

- radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 (iki) il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 (üç) ay müddətində istifadə edilmədikdə.

Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təklifi ilə DRİ-nin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

10-11-2022

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

10-02-2023

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Radiotezlik istifadəçiləri haqda statistika açıqlanıb

02-10-2015

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021

Radiotezliklərin məhdudlaşdırılmasına görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşib

29-02-2024

Bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb

08-09-2015

Qeydiyyata alınan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

04-12-2015

Radiotezlik istifadəçiləri və radioelektron vasitələrin statistikası açıqlanıb

05-05-2015

Qeydiyyatdan keçməyən radioelektron vasitələrin statistikası açıqlanıb

05-11-2015

Azərbaycanda radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər

10-11-2022

Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

19-10-2018

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

Qeydiyyatdan keçməyən radioelektron vasitələr aşkarlanıb

02-07-2015

Nazirlikdə daha bir təyinat

07-05-2018

Radioelektron vasitələrindən qanunsuz istifadənin qarşısı alınıb

01-09-2015

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə