Previous Next
Bağla

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022 16:32
Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsinin qadağan edilməsinə dair layihə III oxunuşda qəbul edilib.

Xeberler.az məlumat verir ki, bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir.
Həmçinin, Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi hallar da müəyyənləşib. Hazırda qüvvədə olan qanunda radiotezliklərin istifadə üçün ayrılmasına zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Dəyişikliklə radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi hallar artırılır.

Beləliklə, aşağıdakı hallarda da radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcək:

- Telekommunikasiya xidmətinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellüar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;
- Radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;
- radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.

Radiotezliklərdən istifadəyə dair müqavilədə tərəflərin hüquq və vəzifələri, radiotezliklərdən istifadə və ödəniş şərtləri, müqavilənin ləğvi və dəyişdirilməsi qaydaları və əsasları, habelə müqavilənin predmetinə dair digər mühüm şərtlər əks etdiriləcək. Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması istismar edilməsi qadağandır.

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

10-11-2022

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023

Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır

30-11-2022

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

10-02-2023

Azərbaycanda radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər

10-11-2022

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021

“Nəqliyyat haqqında” qanun dəyişib

25-04-2025

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

29-12-2024

Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

13-06-2023

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

03-02-2025

Kabel şəbəkəsi yayımı ilə bağlı bəzi qadağalar olacaq

16-05-2017

Azərbaycanda telekommunikasiya və radiotezliklərdən istifadə üzrə tarifləri yeni qurum müəyyən edəcək

04-09-2023

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə