Previous Next
Bağla

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025 11:05
“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib.

Xeberler.az bildirir ki, müvafiq sahədə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə icazənin verilməsi, ixrac nəzarətinə düşən malların ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi, radiotezliklərin ayrılması, eləcə də radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsinin verilməsi ilə bağlı müraciətlərin qəbulu həyata keçirilir.

Tədbir zamanı iştirakçılara sistemin əsas funksionallığı, tətbiq edilən yeni texnoloji imkanlar, istifadəçi interfeysinin təkmilləşdirilməsi, həmçinin təqdim olunan xidmətlərin optimallaşdırılması barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, yenilənmiş sistem radioelektron vasitələrin qeydiyyatı və icazənin verilməsi üzrə prosedurların daha şəffaf, çevik və operativ şəkildə həyata keçirilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına və proseslərin avtomatlaşdırılmasına xidmət edəcək.

Bununla yanaşı, sistem vasitəsilə təqdim edilən xidmətlərdə monitorinq, hesabatlılıq və müraciətlərin izlənilməsi imkanlarının genişləndirildiyi vurğulanıb.

Tədbir çərçivəsində iştirakçılara sistemdən istifadə qaydaları ilə bağlı praktiki nümunələr təqdim olunub, real vaxt rejimində müraciətlər üzrə icra mexanizmi nümayiş etdirilib.

Həmçinin gələcəkdə funksionallığın daha da genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması və texniki dəstək imkanlarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, eləcə də təklifləri dinlənilib.

Bildirilib ki, iştirakçılar tərəfindən təqdim edilən rəy və tövsiyələr sistemin inkişaf etdirilməsi prosesində mühüm rol oynayacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025

İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

26-01-2026

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

09-12-2025

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026

Energetika Nazirliyi ASAN Xidmət mərkəzi vasitəsilə 242 icazə verib

26-12-2018

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib

26-07-2023

Tezliklərdən istifadə və radiomonitorinq tədbirləri həyata keçirilir

15-11-2024

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020

e-rüsum informasiya sistemi yaradılacaq

29-12-2024

Qeydiyyatdan keçməyən radioelektron vasitələrin statistikası açıqlanıb

05-11-2015

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Radioelektron vasitələrindən qanunsuz istifadənin qarşısı alınıb

01-09-2015

Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

16-01-2017

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib

12-05-2026

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə