Previous Next
Bağla

Rasim Əliquliyev: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılır

15-10-2024 11:49
Rasim Əliquliyev: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılır

Azərbaycan və Türkiyə real məkanda olduğu kimi, kiberməkanda da güclü bir əməkdaşlıq qurur. Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları mövzusunda olan bu təlim proqramı da çox böyük əhəmiyyətə malikdir. Təlim proqramını kibermüdafiə sahəsində atılan ciddi addımlardan biri kimi qiymətləndirmək olar.

Xeberler.az məlumat verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev oktyabrın Bakıda keçirilən “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramının açılış mərasimində deyib.

O bildirib ki, süni intellektin bəşəriyyətə verdiyi müsbət tərəflərlə yanaşı, təhlükəli tərəfləri də var. Bunun üçün bu sahənin koordinasiya edilməsi və risklərin qarşısının alınması zəruridir. Ölkəmizdə bu sahədə çox mühüm tədbirlər həyata keçirilir.

“Elmi ictimaiyyət adından bildirmək istəyirəm ki, ölkəmizdə milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılır. Bu, çox önəmlidir. Azərbaycan Prezidentinin bu istiqamətdə mövcud Sərəncam və tapşırıqları, həm Azərbaycanda kibertəhlükəsizlik üzrə daxili ekosistemi, həm də xaricə inteqrasiya olunan ekosistemi formalaşdırır. Həmçinin bu, beynəlxalq reytinqlərdə Azərbaycanın indeksini formalaşdırır.

Prezidentin Sərəncamına uyğun olaraq XRİTDX-nin apardığı fəaliyyət çox təqdirəlayiqdir. Ölkədaxili tədbirlər, sammitlər, beynəlxalq tədbirlər keçirilir, bir növ bu sahənin mərkəzləşdirilməsi həyata keçirilir. Kiberdiplomatiya konfransı - çox mühüm əhəmiyyət yaradır, yeni çağırışlar, yeni kadrlar və yeni kiberməhsulların yaradılması üçün zəmin yaradır", - deyə R.Əliquliyev əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın yeni kibermüdafiə üsulları Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib

15-10-2024
İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

“Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim keçirilir

Elmar Qasımov: Azərbaycanda ən seçilmiş ixtisaslar rəqəmsal sahə ilə bağlıdır

TUBİTAK: Azərbaycan və Türkiyə kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
 Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018
Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

11-03-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Akademik: “ATU-da yaradılan AI laboratoriyası tədrisə dəstək verəcək”

22-06-2026
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
Süni immun sistemlərinin kibertəhlükəsizlikdə tətbiqi araşdırılır

08-04-2026
Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

28-09-2016

sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə