Bu fikirləri AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında Data-analitika və süni intellekt laboratoriyasının açılış mərasimində çıxışı zamanı səsləndirib.
Akademik Rasim Əliquliyev müasir dövrdə süni intellekt texnologiyalarının qlobal miqyasda baş verən proseslərin əsas hərəkətverici qüvvələrindən biri olduğunu bildirib. Alim supergüc dövlətlər arasında rəqabətin getdikcə texnoloji müstəviyə keçdiyi bir şəraitdə Azərbaycanın xarici siyasətində də süni intellektin strateji prioritet kimi xüsusi yer tutduğunu diqqətə çatdırıb. Akademik Rasim Əliquliyev vurğulayıb ki, Azərbaycanın ABŞ, Çin və Avropa Birliyi ölkələri ilə əməkdaşlıq münasibətlərinin qurulmasında enerji təhlükəsizliyi ilə yanaşı, süni intellekt və rəqəmsal texnologiyalar da mühüm istiqamətlərdən biri kimi formalaşmaqdadır.
İnstitutun baş direktoru ölkənin daxili siyasətinin qlobal tendensiyalarla uzlaşdırıldığını və bu çərçivədə süni intellekt və rəqəmsal inkişaf sahəsində sistemli yanaşmaların tətbiq olunduğunu diqqətə çatdırıb. Alim həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planının təsdiqlənməsi dövlət tərəfindən bu sahənin inkişafına göstərilən xüsusi diqqəti nümayiş etdirir.
Akademik Rasim Əliquliyev hazırda ölkəmizdə rəqəmsallaşma istiqamətində mühüm addımların atıldığını qeyd edərək, rəqəmsal dövlətin texnoloji, data və şəbəkə suverenliyi kimi əsas arxitektur tələblərə cavab verməsinin vacibliyini diqqətə çatdırıb. Alim bu məqsədlərə nail olmaq üçün dövlət idarəçiliyinin bütün səviyyələrində əlaqələndirilmiş fəaliyyətin təmin edilməsinin, koordinasiyanın gücləndirilməsinin zəruriliyinə toxunub, bu istiqamətdə müvafiq qurumların üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.
AMEA-nın vitse-prezidentinin sözlərinə görə, vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların toplanması, saxlanılması və sistemli şəkildə idarə olunması milli tibbi data ekosisteminin formalaşmasına, bununla da data suverenliyinin təmin edilməsinə real zəmin yaradır. Alim bildirib ki, bu intellektual yanaşma xəstəliklərlə daha səmərəli mübarizə aparmağa, diaqnostikanın dəqiqliyini artırmağa, həmçinin ölkə üzrə sağlamlıq vəziyyətini obyektiv qiymətləndirməyə və gələcək riskləri öncədən proqnozlaşdırmağa imkan verəcəkdir. Alim ETN İnformasiya Texnologiyaları İnstitutunun bu istiqamətdə ATU ilə əməkdaşlığa hər zaman hazır olduğunu da xüsusi qeyd edib.
AR Səhiyyə Nazirliyi tərəfindən vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması və fasiləsiz mübadiləsinin təmin edilməsi məqsədilə tətbiq edilən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni yüksək qiymətləndirən akademik Rasim Əliquliyev bu təşəbbüsün səhiyyədə rəqəmsal transformasiyanın mühüm innovasiyası olduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti sözügedən çağırışlar fonunda Azərbaycan Tibb Universitetində Data-analitika və süni intellekt laboratoriyasının fəaliyyətə başlamasını əhəmiyyətli hadisə kimi dəyərləndirib. Bildirib ki, ATU-da süni intellekt, data-analitika və maşın təlimi texnologiyalarının bu laboratoriya çərçivəsində tədqiqi və tətbiqi həm mühüm, həm də yüksək məsuliyyət tələb edən təşəbbüsdür. Akademik Rasim Əliquliyev bu istiqamətdə ilk addımların təxminən 10 il əvvəl atıldığını, ETN İnformasiya Texnologiyaları İnstitutunun həmin dövrdən etibarən prosesə dəstək verdiyini bildirib. Alim institutda Səhiyyə Nazirliyi və ATU-nun dəstəyi ilə rəqəmsal tibb problemlərinə həsr olunmuş elmi konfransların keçirildiyini də xatırladıb.
Akademik Rasim Əliquliyev ATU-da fəaliyyətə başlayan Data-analitika və süni intellekt laboratoriyasının müvafiq istiqamətdə araşdırmaların aparılması, tədrisin məzmununun yenilənməsi, tibbdə süni intellekt texnologiyalarının tətbiqi işinin genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi baxımından yeni intellektual mərkəz funksiyasını layiqincə yerinə yetirəcəyinə inamını ifadə edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları