Previous Next
Bağla

Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

24-10-2010 14:34
Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın \"Seçki və İKT\" layihəsi davam edir. Müsahibimiz namizədliyi 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürülmüş Bəxtiyar Hacıyevdir.

- Bəxtiyar bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiniz?

- Biz seçki marafonunda dairədən kənardakı resursları, bizim ideyaya dəstək verən insanları və onların maddi, mənəvi dəstəklərini bu dairəyə yönəltməkdə istifadə edirik. Hazırda seçki qərargahımızdakı könüllülərin böyük bir hissəsi və seçki kampaniyamızın xərclərini maliyyələşdirən gənclərin yardımları ilə seçki kampaniyamızın uğurla irəliləməsi sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir.

- Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?

- Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik. Mən namizədliyimi irəli sürdüyüm dairədə internetdən istifadə edən seçicilərin sayı elə də çox deyil. Bayaq qeyd etdiyim kimi, biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə etdiyimizdən, kənar dairələrin resurslarından istifadə edərək öz ideyamızı təbliğ edirik. Hətta bu yaxınlarda belə bir hadisənin də şahidi olduq. Metronun önündə təbliğat-təşviqat materiallarını payladığımız zaman bir yaşlı kişi mənə yaxınlaşdı və dedi: “Bizim həyətimizdə 12 nəfər var və biz hamımız sizə səs verəcəyik, biz sizi çox yaxşı tanıyırıq”.
Mən isə ondan maraq üçün soruşdum ki, bəs siz məni haradan tanıyırsınız, axı mən sizin həyətinizə gəlməmişəm. O mənə bildirdi ki: “Mənim bir qohumum Nyu-Yorkda yaşayır, onun qohumu sizin haqqınızda danışıb, o da mənə zəng eləyib sizin haqqınızda danışıb. Mən də yaşadığım həyətdəki seçicilərə sizin haqqınızda danışdım”. Yəni bu dairədən olmayan insanlar belə bizim haqqımızdakı məlumatları bu dairədəki insanlara çatdırırlar.

- Ümumiyyətlə, maraqlanmısınız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?

- Bizdə olan məlumata görə, bu rəqəm 30%-dən yuxarı deyil.

- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

- Təbii ki, hər birinin öz ayrıca yeri var. Sosial şəbəkələrdən hər hansı bir qısa mesajı yaymaq üçün istifadə edirik. Məsələn, bizə təcili hər hansı bir könüllü lazım olanda biz sosial şəbəkələrdən istifadə edirik. Bu məlumatı yaydıqdan sonra ofisimizə, qısa müddətdə könüllülərin axını baş verir. Ənənəvi mediadan fərqli olaraq, bloqçular ictimai rəyin formalaşmasında böyük rol oynayırlar. Aydındır ki, hər hansı bir qəzet və radio kiməsə məxsusdur və buradakı fikirlərin obyektiv olmasını gözləmək olmaz. Amma bloqlarda yazılan fikirlər şəxsi fikirlər olduğuna görə, ictimai rəy formalaşdıra bilir. Ona görə də biz hər zaman çalışırıq ki, bloqlarda bizim haqqımızda daha yaxşı məlumatlar getsin. Bizim haqqımızda bir neçə təxribat da olmuşdu və həmin məsələlər bloqlarda tam əksini tapmamışdı.

- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya \"Youtube\"də yayımlamaq fikiriniz varmı?

- Seçicilərlə görüşümüzü biz \"Facebook\" sosial şəbəkəsində, öz səhifəmizdə fotolar şəklində yayırıq. Seçki qərərgahımızda baş verənləri \"Twitter\" və \"Facebook\"da yayımlayırıq. Sadəcə, bloq yazmaq üçün mənim hazırda vaxtım yoxdur, çünki təbliğat-təşviqat üçün 23 gün vaxtımız var. Amma bizim könüllülərimiz qərargahımızda baş verən bütün yeniliklər haqqında öz bloqlarında məlumat yerləşdirirlər.

- İnternet portallara reklam vermisinizmi?

- Biz ancaq \"Facebook\"da ödənişli reklam vermişik. Bu da bizə çox sərf edir. Buradan bizim öz saytımıza keçid verilir. Təxminən, 150 min insan bunu görür və 200-dən çox klikləmək üçün biz sadəcə bir neçə dollar ödəyirik. Amma başqa portallarda da reklam təklifləri olub. Onlar isə \"Facebook\"la müqayisədə çox yüksək rəqəm söyləyiblər. Həm də \"Facebook\"da reklam verməyin portallara nisbətən ən böyük üstünlüyü odur ki, hədəf kütləni burada qruplaşdırmaq mümkündür. Bir reklamı bir neçə qrupun izləməsi mümkündür. Tutaq ki, 18-25 yaş arasında rus dilində danışan qızlar üçün bir reklam görünür, 25-30 yaş arası ingilis dilində danışan oğlanlar üçün başqa bir reklam görünür.

- Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə, \"Facebook\", \"Youtube\", \"Tvitter\" kimi saytlara qadağa qoyulacaq. Sizcə, belə bir hal ola bilərmi? Əgər olsa, nə kimi tədbirlərə əl atacaqsınız?

- Azərbaycanda hər an hər şey baş verə bilər. Sadəcə olaraq, hələ bu baş vermədiyinə görə, biz də bu resurslardan istifadə edirik.

- Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

- Bu, Azərbaycanda 5 il sonra daha aktual ola bilər. Amma hazırda virtual seçkilərin keçirilməsi qanun pozuntularının artmasına gətirib çıxarar. Ən əsası, insanlar o səviyyəyə gəlməlidirlər ki, virtual seçkidən söhbət düşsün. Hazırda elə bir mühüt olmadığı üçün, inanmıram ki, virtual seçkinin keçirilməsi hər hansı bir şəffaflığın yaranması ilə nəticələnə bilər.

- Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?

- Mən sizin sayta və layihənizə uğurlar arzulayıram. Layihənizin daha böyük uğurlar qazanmasını arzu edirəm .

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010

Taryel Vəliyev: “Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar”.

01-11-2010

Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010

Elşən Musayev: “Internet mənim üçün ən çox informasiya bazası rolunda çıxış edir”.

28-10-2010

Qənimət Zahid: “Virtual seçki yeni texnologiyalardan kənarda qalan vətəndaşların siyasi proseslərdən kənarda saxlanması demək olardı”.

20-10-2010

Araz Quliyev: “Xaçmazda internet problemleminin aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

16-10-2010

Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

29-09-2010

Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010

Anar Qasımov: “İnternetdə təbliğatın seçki üçün çox mühüm əhəmiyyəti olacağına inanıram”

04-10-2010

Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010

Seçkiqabağı kampaniya: internet televiziyaları ənənəvi televiziyaları əvəz edir

30-08-2013

Sosial media və seçkilər: Namizədlər yeni mediadan necə yararlanır?

24-09-2010

Facabook və digər bu kimi sosial şəbəkələrdə seçki təşviqatı qadağan oluna bilərmi ?

29-07-2010

Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

22-09-2010

“AZƏRBAYCANDA SEÇKİLƏRİN İNFORMASİYA MƏNBƏYİ ROLUNDA ÇIXIŞ EDİRİK”

19-10-2010

BU GECƏ TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINA START VERİLƏCƏK

14-10-2010

DEPUTATLIĞA NAMİZƏDƏ QARŞI FACEBOOK TƏXRİBATI

26-09-2010

Artıq reklamları Google-da yox Goo-da verəcəklər

31-03-2014

İnternet mağazalar fırıldağa əl atır?

25-10-2010

Adnan Hacızadə: "Facebook və Twitter şəbəkəsində səhifən varsa bloqçu sayıla bilərsən"

10-03-2011

ŞƏHƏR TELEFONLARI PULLU OLSA, REDAKSİYALAR ÇÖKƏ BİLƏR

25-01-2011

Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

18-10-2010

Ələsgər Məmmədli: “Teleradio Şurası dərhal “Lider” televiziyasının lisenziyasını ləğv etməlidir”.

26-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə