Yerli startaplarımızdan olan “Realest Azerbaijan” daxili və qlobal əmlak bazarında bir ilki gerçəkləşdirib.
Xeberler.az-ın məlumatına görə, İnnovasiyalar Agentliyindən bildirilib ki, şirkət Azərbaycanda istifadəçilərə qlobal əmlak bazarını əhatə edən mobil tətbiq (https://onelink.to/jqev6a) təqdim edib. İnnovativ tətbiq çox rahat axtarış və nümayişetmə funksiyalarına malikdir. Belə ki, Azərbaycan, Yaxın Şərq, Avropa, Amerika və Uzaq Şərq bazarları üzrə müstəsna evlər, villalar, torpaq sahələri və biznes obyektləri təklif olunur. Bundan əlavə ağıllı axtarış və bildiriş (Smart Search & Notification) sistemi əmlak bazarındakı bütün yeniliklər haqqında avtomatik bildirişlər və investisiya təklifləri almaq və yerli əmlakı dünya bazarına çıxarmaq üçün imkan yaradıb.
Tətbiqin artıq yaxın və uzaq xarici ölkələrdən istifadəçiləri mövcuddur. Beləliklə “Realest” yerli və xarici əmlak bazarı iştirakçılarının görüşə bildiyi unikal bir məkanı istifadəçilərin diqqətinə təqdim edib.
Qeyd edək ki, layihə İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin təqdim etdiyi servis və yeniliklərlə daha ətraflı tanış olmaq üçün: https://realest.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri