Previous Next
Bağla

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019 15:00
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar yeni sahibkarlıq obyektlərinin yaranmasına şərait yaradır. 

Xeberler.az  bildirir ki, müxtəlif iqtisadi sahələrə aid dövlət əmlaklarının özəlləşdirilərək yenidən qurulması və uğurlu fəaliyyəti özəl sahənin inkişafına müsbət təsir göstərir. Tətbiq olunan müasir üsullar hərraclarda rahat iştirak şəraiti yaradır, prosesdə vətəndaş marağını artırır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 2 aprel tarixində keçiriləcək. Ayın ilk özəlləşdirmə hərracına ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 8-i yarımçıq tikili, 8-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Bakı, Yevlax, Ağcabədi ilə yanaşı, digər şəhər və rayonlarda yerləşir. Dövlətə məxsus səhm hissələrinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri nəqliyyat, kəndkimya, inşaat kimi müxtəlif iqtisadi sahələrə aiddir. Qeyd edək ki, hərraca “Kürdəmir Kəndkimya”, “Neftçala Ət”, “Tovuz Məişət“ kimi səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri çıxarılıb. Ümumi faydalı sahəsi 12.2 kv.m ilə 11.2 min kv.m arasında olan kiçik dövlət müəssisə və obyektləri üzrə geniş seçim imkanları mövcuddur. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarına Şəki və Balakəndə Əmlak kompleksləri, İmişli və Neftçalada ticarət, ictimai iaşə obyektləri aiddir. Daşkəsən rayonunda yerləşən yardımçı təsərrüfatın isə ümumi faydalı sahəsi 1941.2 kv.m-dir. 41 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakı kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaq istəyən investor üçün uğurlu seçimdir.

Xidmət və ofis obyekti kimi istifadə imkanları yaradan qeyri-yaşayış sahələrindən 7-si paytaxtda, 4-ü Sumqayıtda, 3-ü Gəncədə, digərləri isə Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m ilə 323.2 kv.m intervalındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsindədir. Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələri BMW, Nissan, Rexton və digər markalara aiddir. Buraxılış tarixləri 1995-2007 intervalında olan avtomobillər üzrə təyin olunmuş ilkin hərrac qiyməti 400 manat ilə 14 min manat arasındadır.

Hər bir dövlət əmlakı haqqında ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalından (privatization.az) əldə etmək mümkündür. İştirak etmək istəyənlər elektron formada qeydiyyatdan keçməklə ilkin hərrac qiymətinin 10%-i həcmində beh ödəyib sifarişçiyə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
170 dövlət əmlakı üzrə seçim imkanı

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019
Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019
Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

28-02-2019
25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

26-11-2018
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019
Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə