Previous Next
Bağla

Taunhaus – yeni tipli mənzil formatıdır

01-07-2021 10:58
Taunhaus – yeni tipli mənzil formatıdır

Müasir həyat daim yenilənməsi və fərqli ritmi ilə xarakterikdir. Sosial-iqtisadi
inkişafın dinamikası insan həyatının hər sahəsinə- məişətə, istehlak davranışlarına və həyat tərzinə ciddi təsir göstərir. Müasir insanlar daha hərəkətli, daha uğurlu və
nəticəyə hədəfli olmaq istəyir, trendlərdən geri qalmamağa çalışır.

Bu baxımdan insanların yaşayış məkanları və həyat tərzi ciddi şəkildə yenilənir
ki, bu da ilk növbədə müasir urbanizasiya və texnoloji təfəkkür səviyyəsində özünü təzahür etdirir. Klassik ənənələrə yeni tələblər səviyyəsində yanaşılması aktual olur, interyer, eksteryer və memarlıq həlləri isə zamanın ruhunu təcəssüm etdirir. Qloballaşan dünyada daha praktik və faydalı olan forma və metodlar maraqla qarşılanır, lokal özəlliklərlərlə vəhdətdə yeni dəyər qazanır, daha geniş tətbiq olunur.

Bu baxış bucağından yanaşılarsa, taunhouslar zamanın ruhuna tam uyğun gəlir, çünki nisbətən sərfəli qiymət seqmentinə daxildir, faydalı sahə əmsalı yüksəkdir, birgəyaşayışın daha sadə versiyası kimi, çoxmənzillilikdən uzaqdır, təbiətə yaxın olmağa can atır, həyat və istirahət üçün daha perspektivli təsir bağışlayır.

Bizim ölkəmizdə bu yaxınlarda təşəkkül tapmasına baxmayaraq, tounhouslar yeni formatlı evlər kimi diqqəti cəlb edir. Belə ki, şəhər mənzillərinə və şəxsi evlərə layiqli rəqibə çevrilir. Tounhouslar qısa bir zamanda alıcılar arasında populyarlıq qazana bilmişdir.

Bu gün Bakıda məkan, qiymət və komfort baxımından optimal taunhouslar təklif edən şirkət kimi Realest MMC xüsusi yer tutur. Realest MMC yaşayış və satış təyinatlı daşınmaz əmlak sektorunda inşaat, idarəetmə və qiymətləndirmə üzrə faydalı məsləhət xidmətləri verən konsaltinq şirkətidir. Realist MMC əmlak sahiblərinin, kirayəçilərin və investorların adından daşınmaz əmlakla bağlı əqdlərin hər bir mərhələsində dürüst məsləhət verir. Beynəlxalq və yerli müştərilərə daşınmaz əmlakı qiymətləndirmək, satın almaq, maliyyələşdirmək, icarəyə vermək və idarə etmək kimi istiqamətlərdə güvənilən xidmətlər təklif edir.

Realist MMC həmçinin yatırım qiymətləndirmə, strateji planlaşdırma, araşdırma, portfel təhlili və məkan seçimi xidmətlərini də təklif edir. Zəngin təcrübə ofis, yaşayış, ticari, ixtisaslaşmış və qarışıq istifadə məqsədli daşınmaz əmlak da daxil olmaqla, müxtəlif aktivləri dəstəkləməyə imkan verir.

Məkanını optimallaşdirmaq istəyən əmlak sahibi, yeni, habelə mövcud aktivlərə investisiya qoymaq istəyən hər hansı bir tikinti şirkəti güvənlə Realest MMC-yə müraciət edə bilər. Əmin olun, bazar araşdırması, qiymətləndirmə, satınalma, icarə, əmlak idarəçiliyi sahəsində üstün bilik və təcrübəyə malik komandasi ilə Realest MMC Sizin yanınızdadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Realest Azerbaijan” daxili və qlobal əmlak bazarında

10-09-2020

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb

01-07-2025

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

60 saniyədə əmlak sahibi olun

16-01-2018

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018

İcarə haqqını internetlə ödəmək mümkün olacaq

13-09-2018

Elektron hərrac sistemi istifadəyə verilib

03-07-2018

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Azərbaycanla Almaniya arasında özəlləşdirmə ilə bağlı əməkdaşlıq daha da genişlənir

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə