Previous Next
Bağla

"Red Wolf" haker-aktivist qruplaşması Azərbaycanı da hədəf alıb

03-10-2025 11:35
"Red Wolf" haker-aktivist qruplaşması Azərbaycanı da hədəf alıb

Son günlərdə beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlara əsasən "Red Wolf" adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır. Kibertəhlükəsizlik portalı – “TechOwlShield”-in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.

Xeberler.az bildirir ki, “Red Wolf Cyber Team” – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır. “TechOwlShield” bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.

Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

  • Azərbaycan
  • Fransa
  • İsrail
  • İordaniya
  • Portuqaliya
  • Kamboca
  • Bolqarıstan
  • Oman
  • Hindistan
  • Yunanıstan
  • Avropa İttifaqının rəqəmsal sistemləri
  • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

Qrup əsasən “DDoS” tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə  təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir.

Kiberqruplaşmanın 6 avqust 2025-ci ildə Rusiyanın haktivist qruplaşması olan “NoName057(16”) ilə ittifaq elan etdikdən bir neçə saat sonra “Red Wolf” Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başlatmış və “Operation Germany” adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş “DDoS” hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən “CheckHost” hesabatını paylaşmışdır.

Kiberqruplaşma həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik (“diversity”) siyasətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən “chefinnensache.de” veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olmuşdur. Hər iki hücumda “Red Wolf” tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ da daxil olmaqla bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşmışdır. Qrupun aqressiv ritorikası və təhdidlərini sürətlə həyata keçirməsi Avropanın kibertəhlükəsizlik ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdur.

Hücumların hədəfində Azərbaycanın da olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:

  • Şəbəkə və sistem monitorinqinin gücləndirilməsi;
  • Şübhəli fəaliyyətlərə dair logların vaxtında yoxlanılması;
  • Əlavə yüklənmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi;
  • DDoS mitigation xidmətlərindən və müxtəlif təhlükəsizlik həllərindən istifadəedilmə

Şübhəli vəziyyət müşahidə olunduqda XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verilməsi tövsiyyə olunur.

Əlaqə: +994124353062

https://cert.gov.az/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ETX haktivistlərin kiberhücumları ilə bağlı tədbirləri gücləndirməyi tövsiyə edir

11-10-2025

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022

Dövlət Xidməti “CyberKumbez” yarışmasında iştirak edib

23-09-2025

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023

Kiberhücumlarla əlaqədar Elektron Təhlükəsizlik Xidmətinin məlumatı             

09-08-2022

“Resurs İdarəetmə Mərkəzi” sistemində yeni “Blok Siyahısı” modulu istifadəyə verilib

14-01-2021

Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı  

22-09-2022

Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

19-10-2023

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

18-09-2025

AZ ölkə kodlu informasiya resurslarına qarşı haker hücumların sayı artıb

06-01-2020

Azərbaycanı Hədəf Alan Kiber Təhdid Qrupları Haqqında Hesabat hazırlanıb

28-12-2024

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016

Almaniyanın kibertəhlükəsizlik idarəsi xəbərdarlıq edib

12-11-2025

Azərbaycanlı alimlərin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib

02-12-2022

Elektron Təhlükəsizlik Xidməti "MuddyWater" kibertəhdid qrupu ilə bağlı xəbərdarlıq edib

21-10-2024

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023

Azərbaycanın enerji sektoruna yönəlmiş kiberhücum araşdırılıb

16-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə