Previous Next
Bağla

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016 10:16
 Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə,  xidmətdən imtina hücumları (Denail of service attacks — DoS, Distributed Denial of service — DDoS) – informasiya sistemləri və şəbəkə resurslarından istifadəyə maneə törədən cəhddir. Belə ki, bu hücumlar vasitəsilə internetə bağlı olan sistemlərin işini ləngitmək, onların fəaliyyətini müvəqqəti dayandırmaq və ya birdəfəlik sıradan çıxarmaq mümkündür. Xidmətdən imtina hücumlarını müxtəlif üsullarla reallaşdırmaq mümkündür. Belə ki, bu üsullardan biri informasiya sistemlərinə çoxsaylı sorğuların göndərilməsidir. Həmin sistemin resursları bu sorğuların emalı üçün kifayət etmədikdə sistemin işi ləngiyə və ya tamamilə dayana bilər.

DDoS hücumları da DoS hücumlarının bir növü olub, yüzlərcə, minlərcə fərqli sistemdən edilən hücumlara deyilir.

Sorğuların göndərilməsi üçün bədniyyətliyə xeyli sayda kompüter lazım olur ki, bunun üçün o, adətən, ziyanverici proqrama yoluxdurduğu və adi internet istifadəçilərinə məxsus olan kompüterləri istifadə edir. Bu cür kompüterlərə “bot”lar və ya “zombi” kompüterlər deyilir. Kompüterinizin “bot” olub-olmadığını müəyyən etmək üçün kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri tərəfindən təklif olunan IP ünvan yoxlama xidmətlərindən istifadə edə bilərsiniz. Kompüterlərinizin “bot”a çevrilməsinin qarşısını almaq üçün ziyanverici proqramlara qarşı müdafiə üsullarından istifadə etməyiniz tövsiyə olunur.

DoS/DDoS hücumlarının məqsədi sistemə sızmaq deyil. Onların əsas hədəfi sistemi ardıcıl hücumlarla sıradan çıxarmaq, fəaliyyətini dayandırmaqdır. Adətən veb saytı “hack” etmək istəyən bədniyyətli sistemdə boşluq tapa bilmirsə, bu halda sistemə DoS hücumları ilə ziyan vurmağa çalışır.

DoS/DDoS hücumlarına qarşı müdafiə üsulları:

TCP/IP haqqında ətraflı məlumatlı olmaq;

ISP (Internet Service Provider — internet xidməti provayderi) ilə birgə fəaliyyət (tez-tez ünsiyyətdə olmaq);

DDoS hücumları həyata keçirmək üçün istifadə olunan tanınmış vasitələrin xüsusiyyətlərini öyrənmək və onları birbaşa bloklamaq;

Firewall və IPS-lərin (Intrusion Prevention System) xüsusiyyətlərini bilmək;

Firewall quraşdırmaq;

Şəbəkənin bu hücumlara qarşı davamlılığının yoxlanılması üçün təhlükəsizlik testləri keçirmək.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

30-09-2020
Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022
Kompüterdəki  məlumatın oğurlanmasının qarşısını necə almaq olar?

Kompüterdəki məlumatın oğurlanmasının qarşısını necə almaq olar?

12-01-2016
ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026
DDoS hücumları artıb

DDoS hücumları artıb

25-08-2016
Kiberhücumların aşkarlanması metodları öyrənilir

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017
Azərbaycanlı alimlərin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib

Azərbaycanlı alimlərin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib

02-12-2022
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022
AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018
Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021
Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

09-01-2016
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

14-10-2015
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
Viruslarla bağlı xəbərdarlıq

Viruslarla bağlı xəbərdarlıq

09-06-2015
Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019
DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017
DDoS hücum ən çox şantaj üçün edilir

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017
Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

02-04-2018
ETX haktivistlərin kiberhücumları ilə bağlı tədbirləri gücləndirməyi tövsiyə edir

ETX haktivistlərin kiberhücumları ilə bağlı tədbirləri gücləndirməyi tövsiyə edir

11-10-2025
Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə