Previous Next
Bağla

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021 11:26
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky-nin məlumatına görə, 2021-ci ilin üçüncü rübündə DDoS hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24% artıb, inkişaf etmiş hücumlarda (daha çox hədəf hücumları kimi qeydə alınan hücumlar) isə bu artım 31% olub. Həmçinin DDoS hücumlarının sayı bu ilin ikinci rübü ilə müqayisədə də artıb. Avqustda bu cür insidentlərin gündəlik sayında son bir neçə ilin rekordu vurulub – bir gündə 8,825 hücum.

Hücumların ən böyük hədəfləri arasında pandemiya ilə mübarizə aparan təşkilatlar, dövlət müəssisələri, oyun istehsalçıları və kiber təhlükəsizlik sahəsində ixtisaslaşmış media qurumları yer alıb. Hücuma məruz qalan resursların böyük hissəsi ABŞ, Honqkonq və Çində yerləşib.

Ən böyük DDoS hücumlarının bəzilərini yerinə yetirmək üçün saniyələr ərzində böyük  həcmdə sorğular göndərə bilən yeni, güclü Mēris botnetindən istifadə edilib. Onun köməyilə, həmçinin, kiber təhlükəsizlik üzrə iki böyük media qurumu - “Krebs on Security” bloqu və “InfoSecurity Magazine” jurnalı da hücum məruz qalıb.

Mütəxəssislər Avropa və Asiyada silsiləli siyasi əsaslı hücumlar, oyun yaradıcılarına hücumlar və Kanada, ABŞ və Böyük Britaniyadakı telekommunikasiya şirkətlərinə silsiləli fidyə proqramları hücumları qeydə alıblar. Hücum edənlər özlərini Revil qrupunun üzvləri kimi təqdim edib və fidyə ödəməyə məcbur etmək üçün şirkətlərin
serverinin fəaliyyətini bloklayıblar.

“Ötən iki il ərzində kriptomədənçilik və DDoS hücumlarının təşkili ilə məşğul olan qruplar resurslar uğrunda mübarizə aparıblar, bir çox botnetlər hər iki məqsəd üçün istifadə edilib. Əvvəllər biz kriptovalyuta məzənnəsindəki yüksək artımla əlaqədar DDoS sayında azalma görürdük, indi isə resurların yenidən bölüşdülürməsini qeydə alırıq. DDoS gəlir gətirir və düşünürük ki, bu cür insidentlərin sayı dördüncü rübdə də artacaq, çünki ilin sonuna yaxın ənənəvi olaraq bu baş verir”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky şirkətlərə DDoS hücumlarına qarşı müqavimət göstərmək və onların nəticələri ilə mübarizə aparmağa kömək edəcək tədbirləri xatırladır:

1. sayt dəstəyini bu cür insident baş verdikdə hansı tədbirləri görmək lazım olduğunu bilən mütəxəssislərə etibar edin;

2. internet provayderlərlə bağlanan müqavilələr da daxil olmaqla, tədarükçülərlə bağlanan müqavilələr və əlaqə məlumatlarını diqqətlə yoxlayın. Bu, hücum halında lazımi məlumatı tez əldə etmək üçün şirkətin əməkdaşlarına kömək edəcəkdir;

3. DDoS-dan müdafiə üçün ixtisaslaşmış korporativ həllərdən istifadə edin. Məsələn, Kaspersky DDoS Protection həlli real vaxt rejimində trafikin monitorinqini aparır və istənilən miqyasdakı hücumu effektiv şəkildə dəf edir. Trafikin adi özəlliklərini bilməklə DDoS-a xas olan qeyri-standart fəaliyyəti aşkarlamaq asandır;

4. Bu cür hücumlara qarşı ehtiyat müdafiə planı lazımdır ki, biznes üçün həyati vacib xidmətləri bərpa etməyə hazırlıqlı olasınız.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017

DDoS hücumları artıb

25-08-2016

DDoS hücumlar güclənir

27-04-2016

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025

Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

02-10-2025

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026

Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

07-04-2026

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə