WhatsApp-dan daha bir yenilik

08-06-2016 / 12:07

Facebook şirkətinə məxsus WhatsApp-da GIF şəkillərə baxmaq da  mümkün olacaq.

Məlum olduğu kimi, bu gün bütün populyar messencerlər GIF formatlı şəkilləri dəstəkləyir. WhatsApp da artıq bu trendə qoşulur.

Xeberler.az xarici mediaya istinadən  məlumat verir ki,  WhatsApp iOS sistemi ilə işləyən qurğular üçün ən son beta versiyasında GIF formatlı şəkilləri dəstəkləməyə başlayıb.

Qeyd edilir ki,  messencerin 2.16.7.1 versiyası GIF formatlı şəkilləri avtomatik göstərir.

Platformanın Android sistemi üçün versiyası da GIF formatında şəkilləri göstərəcəyi gözlənilir.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə