Previous Next
Bağla

Rəqəmsal Hökumət təşviqat proqramının üçüncü mərhələsi başa çatıb

30-09-2019 12:11
Rəqəmsal Hökumət təşviqat proqramının üçüncü mərhələsi başa çatıb

Xeberler.az bildirir ki, 28 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi, “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü və KOICA beynəlxalq əməkdaşlıq təşkilatının dəstəyi ilə reallaşdırılan ”Rəqəmsal Hökumət” təşviqat proqramının 3-cü mərhələsinin bağlanış mərasimi keçirilib. Mərasimdə proqram çərçivəsində xüsusi fərqlənən könüllülərə Elektron Hökumətin İnkişafı Mərkəzi və KOICA beynəlxalq əməkdaşlıq təşkilatı tərəfindən təşəkkürnamələr təqdim olunub.

”Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində fəaliyyət göstərən könüllülər iki ay ərzində Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlardan elektron sorğular götürüb və vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırıblar. “Təcili rəqəmsal yardım” devizi altında vətəndaşlara yaxınlaşan könüllülər elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında məlumat verib və xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olublar. Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirib, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd ediblər.

Mərasimdə KOICA beynəlxalq əməkdaşlıq təşkilatının maliyyə dəstəyi ilə layihəyə təqdim olunmuş planşetlər vasitəsi ilə proqramın fəaliyyətinin daha effektiv həyata keçirildiyi və Dövlət Agentliyi ilə KOICA beynəlxalq əməkdaşlıq təşkilatı arasında uğurlu əməkdaşlıq xüsusi qeyd olunub.

Sonda xatirə şəkli çəkdirilib, könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal hökumət proqramının ikinci mərhələsi başa çatıb

22-07-2019

Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə görüşüb

30-07-2019

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019

Rəqəmsal Hökumət təşviqat proqramının təqdimatı olub

29-03-2019

KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də olublar

14-04-2021

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası’’ mövzusunda seminar təşkil olunub

10-07-2020

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon ABŞ dolları dəyərində qrant ayırdı

20-07-2022

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

İnnovasiyalar Agentliyinin əməkdaşları KOICA təlimində iştirak edəcək

11-09-2019

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

23-07-2019

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

NRYTN “KOICA” ilə əməkdaşlıq məsələlərini müzakirə edib

21-10-2020

ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

22-02-2019

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

“ASAN Akademiya 2019” başa çatıb

28-06-2019

İnnovasiyalar Agentliyi ilə KOICA-nın əməkdaşlığı davam edir

05-05-2021

KOICA aztəminatlı ailələrə və şəhid uşaqlarına elektron avadanlıqlar verib

07-12-2020

ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

30-08-2019

KOICA nümayəndələri İnnovasiya Agentliyində olublar

24-10-2019

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə