Previous Next
Bağla

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019 09:52
Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

27 fevral 2019-cu ilin tarixində ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib. 

Xeberler.az  bildirir ki, tədbir dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə təşkil olunub.   

Dövlət Agentliyinin sədrinin müşaviri, Elektron hökümət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov açılış nitqi ilə çıxış edərək informasiya kommunikasiya texnologiyaları sahəsində inkişaf trendləri, e-Hökumət idarəçiliyi üzrə əməkdaşlıq və əlaqələndirilmiş işin əhəmiyyəti, o cümlədən  İcra Qrupunun iş mexanizmi, qarşıya qoyulmuş hədəflər barədə məlumat verib.

Elektron Hökumət üzrə İcra Qrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi vəzifəsini icra edən  Ağakərim Səmədzadə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək İcra Qrupunun yaradılmasının əhəmiyyətini, müəyyən olunmuş hədəflərin birgə əməkdaşlığı şərtləndirdiyini diqqətə çatdırıblar. Həmçinin İKT sahəsində əlaqələndirilmiş işin təşkilinin e-Hökumətin sürətli inkişafı üçün zəruri olduğu vurğulanıb və İcra Qrupuna bu sahədəki gələcək fəaliyyətində uğurlar arzulanıb.

“Elektron hökumət, yeniliklər, planlar” mövzusunda təqdimatla çıxış edən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov Elektron Hökumət sahəsindəki yeniliklər, həyata keçirilən, dəstək verilən innovativ layihələr, Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyəti, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid prosesi barədə qonaqlara məlumat verib.

Görüş dövlət xidmətlərində istifadə olunan informasiyanın ilkin mənbəyinin müəyyən olunması sahəsində həyata keçirilmiş tədbirlər, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi və ölkənin mövqeyinin bu İndeks üzrə gücləndirilməsi istiqamətində atılmış addımlar, Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası sahəsində görülmüş işlər, habelə İcra qrupunun iş planı barədə  müzakirələrlə davam etdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib

16-03-2022

Dövlət Agentliyi Veb konfrans təşkil edib

21-05-2020

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

01-05-2018

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

19-02-2019

AZİNNEX və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

09-10-2019

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015

Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə görüşüb

30-07-2019

Rəqəmsal Hökumət təşviqat proqramının üçüncü mərhələsi başa çatıb

30-09-2019

SƏLIS-in təqdimat mərasimi keçirilib

30-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə