Previous Next
Bağla

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026 15:18
Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində icraçı dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi, hesabatlılıq mexanizmlərinin tətbiqi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Xeberler.az bildirir ki, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, Məhkəmə-Hüquq Şurası, Ali Attestasiya Komissiyası, Dövlət Miqrasiya Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Statistika Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, kommunal xidmət operatorları və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova Fəaliyyət Planının icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, nəzərdə tutulmuş tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb.

İİTKM-in Rəqəmsal Ticarət Qovşağının rəhbəri v.i.e Aygün Əhmədova indikator cədvəlinin hazırlanması prosesi ilə bağlı təqdimatla çıxış edib. O, indikatorların müəyyənləşdirilməsi, ölçülə bilən nəticələrin formalaşdırılması, məlumatların toplanması metodologiyası və aidiyyəti qurumlar tərəfindən təqdim olunacaq hesabat formatları barədə izahat verib.

İİTKM-in Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli tərəfindən Mərkəzin operatoru olduğu "e-monitorinq" portalı üzərindən hesabatların təqdim edilməsi, monitorinqi və qiymətləndirilməsi, eləcə də yekun hesabatların hazırlanması üzrə funksionallıqlar və imkanlar barədə məlumat verilib, bu istiqamətdə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

27-02-2026

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

30-04-2025

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

10-10-2023

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

27-02-2026

"kağızsız hökumət"ə keçid 2028-ci ilədək başa çatacaq

27-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə