Previous Next
Bağla

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025 18:21
İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Tacikistan Respublikasının Prezident Administrasiyası və BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi iki ölkə arasında dövlət proqramlarının uğurlu icrası, islahatların sürətləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub. Tacikistan tərəfindən görüşdə Prezident Administrasiyası, İqtisadi İnkişaf və Ticarət Nazirliyi, Prezident yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyi və
Tacikistan Respublikasının Azad İqtisadi Zonalarının Çin Xalq Respublikasındakı nümayəndələri iştirak ediblər.

Xeberler.az məlumat verir ki, görüş zamanı İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Mərkəzin həyata keçirdiyi monitorinq və qiymətləndirmə prosesi barədə ətraflı məlumat verib. Həmçinin, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılan rəqəmsal platformalar, bu sistemlərə süni intellektin inteqrasiyası və böyük həcmli məlumatların (big data) effektiv emalı sahəsində əldə olunan nailiyyətlər barədə danışıb.

Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin İnvestisiya Siyasəti və Regional İnkişaf Baş İdarəsinin rəisi Manuçehra Majonova Tacikistanda həyata keçirilən dövlət proqramları haqqında məlumat verib və Azərbaycanın proqram idarəetməsi sahəsindəki uğurlu təcrübəsini nəzərə alaraq, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Elşən Yusifli dövlət proqramlarının icrasının monitorinqi üzrə tətbiq edilən rəqəmsal hesabatlılıq platformalarını təqdim edərək şəffaflıq və nəticəyönümlü idarəetmə sahəsində Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmalar barədə məlumat verib.

Müzakirələrdə Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə və şöbənin aparıcı məsləhətçisi Sevinc Cabbarova iştirak ediblər.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu vurğulayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025
Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025
İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025
İİTKM və Dünya Bankı  təlimlərə başlayıb

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018
“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025
Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026
İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025
Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018
Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025
Monitoring.az portalının təqdimatı keçirilib

Monitoring.az portalının təqdimatı keçirilib

25-10-2019
İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025
“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025
İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025
İİTKM Özbəkistanın dövlət qulluqçularına “Smart Monitoring” sistemini təqdim edib

İİTKM Özbəkistanın dövlət qulluqçularına “Smart Monitoring” sistemini təqdim edib

05-06-2026
Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul  edib

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

24-10-2024
“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025
İİTKM ali mükafata layiq görülüb

İİTKM ali mükafata layiq görülüb

17-06-2025
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025
Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022
İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025
İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025
İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə