Previous Next
Bağla

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024 19:05
“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 3.2-ci Məqsədində (Yaradıcı və innovativ cəmiyyət) nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinin tam və vaxtında icra edilməsi məqsədilə yaradılmış “İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Strategiyanın 2024-cü il üzrə hədəflərinin birinci yarımillikdə icrasına dair aparılmış monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub.

Xeberler.az bildirir ki, açılış nitqi ilə çıxış edən İşçi qrupunun sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iclasın məqsədi və hesabat dövründə görülmüş işlər barəsində danışıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Təranə Salıfova isə aparılan monitorinqin əsas göstəriciləri ilə bağlı məlumat verib.

İşçi qrupunun sədr müavini, İİTKM-in Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov monitorinq və qiymətləndirmə üzrə hesabatın təqdimatı ilə çıxış edib, hədəf indikatorlar üzrə görülmüş işlər, əsas çağırış və tövsiyələri diqqətə çatdırıb.

Daha sonra İşçi qrupunun üzvləri hesabat üzrə müzakirələr aparıb, rəy və təkliflərini
diqqətə çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il
12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026 -cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İnnovasiya” İşçi qrupu da bu çərçivədə Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

“İnnovasiya” işçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

30-04-2025

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025

Qeyri-iş günləri bu qurumlara şamil edilmir

26-03-2020

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə