Previous Next
Bağla

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021 23:21
İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTMK) “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələri müzakirə edilib.

Xeberler.az bildirir ki, "Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələrinə dair müzakirələrdə Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazliriyi, Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumların nümayəndələri iştirak edib. Görüşlərdə 2018-2020-ci illərdə aidiyyəti qurumlar tərəfindən icra edilmiş tədbirlər, tapşırıqların icrası zamanı qarşıya çıxan çətinliklər və əldə olunan ümumi nəticələr barədə müzakirələr aparılıb.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq icraçı qurumlar bir çox istiqamətlərdə fəaliyyət göstərib və müvafiq tədbirlərin icrasını həyata keçirib. Belə ki, icraçı qurumlar Dövlət Proqramında müəyyən edilmiş tapşırıqlara uyğun olaraq, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində fəaliyyət göstəriblər.

Dövlət Proqramının əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq ötən 3 il ərzində ölkələrdə əlverişli biznes mühitinin inkişaf etdirilməsi, vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması üçün normativ hüquqi aktların layihələri hazırlanıb, rəqəmsal bankçılığın inkişaf etdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması, aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqi istiqamətində mühüm işlər görülüb.

Rəqəmsal ekosistemin inkişaf etdirilməsi ilə bağlı məsələlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli ölkə prezidentinin fərmanına əsasən qarşıdakı illərdə daha təkmil və prioritet formada davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021
Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018
Rəqəmsal ödənişlər müzakirə olunub

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017
Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026
Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019
“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025
“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025
“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025
Azexport portalı VISA İnternational şirkəti ilə əməkdaşlığa başlayıb

Azexport portalı VISA İnternational şirkəti ilə əməkdaşlığa başlayıb

07-11-2018
Ödəniş kartlarının istifadəsində dəyişiklik olunacaq

Ödəniş kartlarının istifadəsində dəyişiklik olunacaq

11-09-2019
Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
Ekspert: Dövlət proqramının icrası ilə bağlı ziddiyyətli fikirlər var

Ekspert: Dövlət proqramının icrası ilə bağlı ziddiyyətli fikirlər var

09-12-2021
“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026
“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024
Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

03-04-2026
Azərbaycan e-xidmətlərlə bağlı MasterCard-la dövlət proqramı hazırlayıb

Azərbaycan e-xidmətlərlə bağlı MasterCard-la dövlət proqramı hazırlayıb

27-12-2017
Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

29-11-2022
“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024
“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020
Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020
DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı  fəaliyyət üzrə lisenziya alıb

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə