Previous Next
Bağla

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025 11:41
“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Proqramlarının monitorinq və qiymətləndirilməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə yaradılmış “Vahid Elektron Hesabatlılıq Portalı”ndan (portal.monitoring.gov.az) istifadə qaydalarına dair təlimlərə başlanılıb.

Xeberler.az bildirir ki, İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova Portalın məqsədi, nəzərdə  tutulan funksional imkanlar və qarşıdakı mərhələlər barədə ətraflı məlumat verib. Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları Arzu Süleymanov və Elşən Yusifli Portala məlumatların daxil edilməsi və hesabatlılığın formalaşdırılması haqqında təqdimatla çıxış ediblər. Həmçinin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə tərəfindən Portal daxilində qurulmuş “Layihə İdarəetmə Modulu”na dair təlimat təqdim edilib və təlim iştirakçılarının sualları cavablandırılıb.

İlk təlim sessiyalarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər və layihələrin Portal üzərindən real iş axını nümunələri təqdim edilib. Sessiyada bir sıra dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Portal strateji sənədlərin, o cümlədən dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinin fasiləsiz, operativ və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə İİTKM-in daxili resursları və mövcud elektron modulların texniki dəstəyi əsasında hazırlanıb. Platforma məlumatların mərkəzləşdirilməsi, hesabatlılığın artırılması, əlaqəli qurumlar arasında koordinasiyanın gücləndirilməsi və data əsaslı qərarvermə baxımından mühüm vasitə kimi çıxış edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025

Monitoring.az portalının təqdimatı keçirilib

25-10-2019

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

10-10-2023

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

Monitoring.az portalı fəaliyyətə başlayıb

06-12-2019

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə