“Rəqəmsal İpək Yolu” layihəsi Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında təqdim olunub.
"AzerTelecom" şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev və Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən "AzerTelecom"un Əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko ölkəmiz və region üçün prioritet layihələrdən biri olan “Rəqəmsal İpək Yolu” layihəsinin strateji əhəmiyyəti, əsas komponentləri barədə tədbir iştirakçılarına məlumat verib. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində ölkə daxilidə, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə qurulacaq rəqəmsal infrastrukturun Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracağını qeyd edib.
“NEQSOL Holding"in təşəbbüsü ilə "AzerTelecom"un həyata keçirdiyi “Rəqəmsal İpək Yolu” layihəsinin Azərbaycan hökumətinin və nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzində olması bizim üçün çox qürurvericidir. Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çoxterabitli həcmdə məlumatların ötürülməsi, rəqəmsallaşmanın sürətlənməsinə verəcəyi töhfə ilə böyük bir regionun gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək”, – deyə S.Nazarenko bildirib.
İqtisadi Əməkdaşlıq Təşkilatı özündə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, Pakistan və Əfqanıstanı birləşdirir.
"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Holdinq müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri