Previous Next
Bağla

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021 14:18
“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin icra etdiyi Xəzərin dibi ilə Azərbaycanla Qazaxıstan arasında dənizaltı infrastruktur layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” mövzusunda işgüzar görüşdə müzakirə olunub.

Xeberler.az bildirir ki, Qazaxıstanın Bakıdakı Səfirliyində təşkil olunmuş işgüzar görüş çərçivəsində iki ölkə arasında müasir iqtisadi prioritetlər, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onların post-pandemiya dövründə inkişaf perspektivləri müzakirə edilib.

AzerTelecom şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev tədbirdə çıxış
edərək Azərbaycanla Qazaxıstanın İKT və telekommunikasiya sektorlarının inkişafına töhfə verəcək Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilməsi və bu layihənin imkanları barədə danışıb.

Fuad Allahverdiyev bu layihənin ümumilikdə regionda İKT sahəsində əməkdaşlıq
əlaqələrinin gücləndirməsinə töhfə verəcəyini bildirib, layihənin icrası üçün dövlətlərarası sazişin imzalandığını qeyd edib, layihənin iqtisadi və texniki imkanları barədə danışıb. O, bu layihə ilə Avropa ilə Asiya arasında Azərbaycan və Qazaxıstan vasitəsilə “Rəqəmsal İpək Yolu”nun qurulması imkanının formalaşacağını vurğulayaraq, dənizaltı magistral fiber-optik kabel xətti sayəsində Orta Asiya və ətraf region ölkələrinin bağlantı xidmətlərinə olan ehtiyaclarının təmin olunacağını qeyd edib.

Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, iki ölkənin dövlət sektorunun, işgüzar dairələrinin və milli şirkətlərinin nümayəndələri Azərbaycan və Qazaxıstanın işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi barədə danışıblar. İşgüzar görüşdə iki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üçün yeni perspektivlər və imkanlar barədə məzmunlu fikir mübadiləsi baş tutub.

AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir.

AzerTelecom Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə