Previous Next
Bağla

Ana dilində Data Analitika: Ms Excel Ms Power BI kitabı çap edilib

07-09-2019 19:37
Ana dilində Data Analitika: Ms Excel Ms Power BI kitabı çap edilib

Azərbaycanda ilk dəfə ana dilində “Data Analitika: Ms Excel&Ms Power BI” adlı kitabı çap edilib.

Xeberler.az bildirir ki, kitabın müəllifi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, “Ict applying training center”də təlimçi kimi fəaliyyət göstərən Elçin Tarverdiyevdir.

Kitab çapı ilə bağlı müəllif bildirib ki, doğma dilimizdə Excel & Power BI ilə bağlı məlumat qıtlığı var. Yeni çap olunan vəsait  həmin qıtlığı az da olsa, aradan götürmək üçün hazırlanıb: ““Data Analitika: Ms Excel s Ms Power BL” kitabın məzmunu Microsoft-un analitik tool-lar vasitəsilə datanı necə analiz etmək olar sualına cavab verir. Bu tool-lar, yəni datanın analizi üçün tələb olunan vasitələr Pivot table, Power Query, Power Pivot, Power BI, DAX (Data Analysis Expressions) proqramlardır. Kitabın ilk səhifələrində data məlumatların analizi Ms Excel proqramının mühitində izah edilir. Eyni zamanda, Pivot table, Power Query, Power Pivot proqramları  təsvir olunur. Kitabın növbəti hissəsində isə Power BI desktop platformasından söhbət açılır. Orada Vizuallaşdırma prosesi nədir?, DAX istifadə olunaraq data necə analiz edilir?, İnteraktiv dashboard-lar necə qurulur və necə publish edilir? kimi sualların cavabları mövcuddur”.

Elçin Tarverdiyev qeyd edib ki, Power BI data analizi üçün lazım olan zəngin xüsusiyyətlərə malikdir: “Power BI  data analizi ilə bir-birindən müstəqil məlumat qaynaqlarından (Excel faylları, web, məlumat bazaları, qovluqlar və s.) mütəmadi məlumatlar çəkmək, həmin məlumatları təmizləyib hesabat üçün uyğun vəziyyətə gətirmək, hazırlanan hesabatları vizuallaşdırmaq və yekunda hesabatları buluda qaldırıb digər insanlarla paylaşmaq mümkündür. Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI  istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək operativ, baxımlı və dinamik hesabatları hazırlamaq gücünə malikdir. Data məlumatların analizi üçün lazım olan başqa bir vasitə sayılan Power Pivot isə data analitikası sahəsində Microsoft-un yaratdığı və hər kəsin öz evində istifadə edə biləcəyi ən ciddi platformadır”.Müəllif onu da vurğulayıb ki, böyük məlumat bazası, Access/SQL/Azure kimi databazalarla işləyən və mütəmadi menecment reportlar hazırlayan intensiv Excel istifadəçiləri Power Pivot mövzusunu öyrənməlidirlər: “Bu kitab əsasən rəhbərlik üçün hesabat hazırlayanlar, böyük data məlumatlarla işləyən mütəxəssislər, gündəlik Excel-dən istifadə edənlər, analitik işlə məşğul olan mütəxəssislər, data analizinə marağı olanlar, vizuallaşdırma sənətinə yiyələnmək istəyən auditoriya üçün nəzərdə tutulub”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bir ildən sonra Word və Excel pulsuz olacaq

Bir ildən sonra Word və Excel pulsuz olacaq

02-11-2008
Azərbaycan "ACWA Power" ilə birgə əməkdaşlığə müzakirə edib

Azərbaycan "ACWA Power" ilə birgə əməkdaşlığə müzakirə edib

07-01-2026
Traveler Power Bank – universal qidalanma bloku

Traveler Power Bank – universal qidalanma bloku

26-09-2008
HP-dən “ Kompüterinizi gecələr söndürün! ” mesajı

HP-dən “ Kompüterinizi gecələr söndürün! ” mesajı

05-06-2009
Bakı Ali Neft Məktəbində data analitikası ixtisası açılır

Bakı Ali Neft Məktəbində data analitikası ixtisası açılır

30-06-2025
55 dərsə Excel-i öyrənmək imkanı- Yeni kitab nəşr edildi

55 dərsə Excel-i öyrənmək imkanı- Yeni kitab nəşr edildi

15-08-2016
“Google” 3 yeni modul AES sifariş edib

“Google” 3 yeni modul AES sifariş edib

12-05-2025
Koreyada elektromobillərə keçid təşviq olunur

Koreyada elektromobillərə keçid təşviq olunur

18-05-2015
“Panasonic“ plazma TV zavodlarını satacaq

“Panasonic“ plazma TV zavodlarını satacaq

07-04-2015
"AzerTelecom"un Baş İcraçı Direktoru dünyanın nüfuzlu telekommunikasiya liderlərinin “Power 100” siyahısında

"AzerTelecom"un Baş İcraçı Direktoru dünyanın nüfuzlu telekommunikasiya liderlərinin “Power 100” siyahısında

18-05-2023
BDU-da “Data Science” təlimlərinə başlanılıb

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024
HP öz noutbuklarını yeni nəsil batareyalarla təmin edəcək

HP öz noutbuklarını yeni nəsil batareyalarla təmin edəcək

11-12-2008
DataTalks 2019 tədbiri həyata keçirilib

DataTalks 2019 tədbiri həyata keçirilib

19-06-2019
Data Science Academy  fəaliyyətə başlayıb

Data Science Academy fəaliyyətə başlayıb

18-10-2019
Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

26-12-2016
17 yaşındakı gənc Microsoft Excel çempionu oldu

17 yaşındakı gənc Microsoft Excel çempionu oldu

12-08-2017
Dünyanın ən sürətli USB-C habı təqdim edilib

Dünyanın ən sürətli USB-C habı təqdim edilib

16-07-2019
Dənizin dibində data mərkəzi quruldu

Dənizin dibində data mərkəzi quruldu

08-06-2018
Datanın tətbiq sahələrində karyera adlı seminar keçiriləcək

Datanın tətbiq sahələrində karyera adlı seminar keçiriləcək

11-09-2019
Dünyanın ən güclü superkompüterləri - Siyahı

Dünyanın ən güclü superkompüterləri - Siyahı

17-07-2015
“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021
Azexport.az-ın yaradılmasında hansı texnologiyadan istifadə edilib?

Azexport.az-ın yaradılmasında hansı texnologiyadan istifadə edilib?

29-12-2016
DTX-nin rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

DTX-nin rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

09-06-2026
“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

16-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə