Previous Next
Bağla

RİA Novosti agentliyi Azərbaycanda bloklanıb

04-06-2022 11:21
RİA Novosti agentliyi Azərbaycanda bloklanıb

Rusiyanın RİA Novosti agentliyi Azərbaycanda bloklanıb.

Xeberler.az bildirir ki, iyunun 3-də axşam saatlarından Azərbaycan ərazisində agentliyin saytına giriş məhdudlaşdırılıb.

Azərbaycan hökumətindəki qaynaqlar  RİA Novostinin ölkə ərazisində bloklandığını təsdiqləyib.

Qeyd edək ki, Rusiyanın RİA Novosti dövlət agentliyi ötən gün Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yayıb. Agentlik növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini "Dağlıq Qarabağ Respublikası", Artak Beqlaryanı isə "dövlət naziri" kimi təqdim edib.

RİA Novostinin bu addımı Azərbaycanda kəskin etirazla qarşılanıb. Bəzi media qurumları bu addıma adekvat cavab verilməsinə, RİA Novosti, eləcə də "Sputnik" agentliyinin Azərbaycanda bloklanmasına çağırış edib.

Azərbaycan Xarici İşlər Nazirliyi də RİA Novostinin bu hərəkətini pisləyən açıqlama yayıb.

"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.

Dövlət agentliyinin bu addımı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir.

RİA Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin, Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında vurğulanır. 

(APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“RİA Novosti” Azərbaycan ictimaiyyətinin və XİN-in narazılığına səbəb olmuş müsahibəni silib

“RİA Novosti” Azərbaycan ictimaiyyətinin və XİN-in narazılığına səbəb olmuş müsahibəni silib

10-06-2022
“Twitter” “RİA Novosti”nin səhifəsini bağlayıb

“Twitter” “RİA Novosti”nin səhifəsini bağlayıb

28-09-2020
«TREND» «RİA NOVOSTİ» ilə saziş imzalayıb

«TREND» «RİA NOVOSTİ» ilə saziş imzalayıb

26-12-2008
"Facebook" və "Twitter" Rusiyada bloklanıb

"Facebook" və "Twitter" Rusiyada bloklanıb

05-03-2022
"YouTube" Ukraynada Rusiyanın bəzi kanallarını bloklayıb

"YouTube" Ukraynada Rusiyanın bəzi kanallarını bloklayıb

28-02-2022
Türkiyədə “Rutube” bloklanıb

Türkiyədə “Rutube” bloklanıb

29-03-2025
Twitter bir neçə İran hesabını əngəlləyib

Twitter bir neçə İran hesabını əngəlləyib

22-07-2019
“Trend”in 15 yaşı tamam oldu

“Trend”in 15 yaşı tamam oldu

04-10-2010
Trend İnformasiya Agentliyi  21 yaşını qeyd edir

Trend İnformasiya Agentliyi 21 yaşını qeyd edir

01-09-2016
Donald Tramp Twitterdən istifadə səbəbini açıqlayıb

Donald Tramp Twitterdən istifadə səbəbini açıqlayıb

01-08-2019
Delta Telekom ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımır

Delta Telekom ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımır

05-08-2009
Twitter dövlət KİV-nə reklam verməyi qadağan edir

Twitter dövlət KİV-nə reklam verməyi qadağan edir

20-08-2019
RİA.Az saytına Azərbaycandan giriş 3 saatdan artıq dayandırıdı

RİA.Az saytına Azərbaycandan giriş 3 saatdan artıq dayandırıdı

04-08-2009
"Mozilla Firefox" brauzeri 50 milyon dəfə yüklənmə həddini keçdi

"Mozilla Firefox" brauzeri 50 milyon dəfə yüklənmə həddini keçdi

01-04-2011
Kiril əlifbalı ilk domen qeydiyyata alındı

Kiril əlifbalı ilk domen qeydiyyata alındı

04-01-2010
Rusiyalılar internetdə ən çox nəyi axtarırlar?

Rusiyalılar internetdə ən çox nəyi axtarırlar?

12-10-2009
Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb

Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb

07-04-2015
Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008
Reportyor İnformasiya Agentliyi bəyanat yayıb

Reportyor İnformasiya Agentliyi bəyanat yayıb

30-01-2009
Rusiya televiziyası Azərbaycanına qarşı növbəti dəfə hörmətsizlik edib

Rusiya televiziyası Azərbaycanına qarşı növbəti dəfə hörmətsizlik edib

18-06-2025
Western Union Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırıb

Western Union Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırıb

22-07-2019
“Diskaveri” nəhayət ki, kosmossa uçdu!!!

“Diskaveri” nəhayət ki, kosmossa uçdu!!!

16-03-2009
NASA “planetlərarası interneti” uğurla sınaqdan keçirib

NASA “planetlərarası interneti” uğurla sınaqdan keçirib

19-11-2008
"HTC Flyer" planşetlər üçün olan qələmi 80 dollara satacaq

"HTC Flyer" planşetlər üçün olan qələmi 80 dollara satacaq

09-05-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə