"HTC Flyer" planşetlər üçün olan qələmi 80 dollara satacaq

09-05-2011 / 00:11

"HTC Flyer" planşetlər üçün olan qələmi 80 dollara satacaq. Aksessuara bilavasitə bu qiyməti Amerikanın elektron mağazalar şəbəkəsi Best Buy təklif edir. "Flyer" planşetinin öz qiyməti 499 dollar təşkil edir. Beləliklə, qurğunun ekranında yazmağa və şəkil çəkməyə imkan verən qələmin qiyməti, planşetin qiymətinin 16%-ni təşkil edəcək. /Ria Novosti/

Tayvan şirkətinin bu yeniliyi 2011-ci ilin fevralında keçirilmiş "Mobile World Congress" sərgisində təqdim edilib. İndiki vaxtda planşet üçün olan sifarişləri Best Buy saytında həyata keçirmək olar. Göstərilir ki, sifarişin çatdırılması 1-2 həftəyə mümkündür.//deyerler.org


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə